
Ermənistanın edə bilmədiyi vəhşiliyi Kaxovka SES-də törətdilər: Nüvə müharibəsi start götürə bilər
11:51 07.06.2023
Aktual
652
"Rusiya və Ukrayna arasındakı müharibə getdikcə daha da təhlükəli vəziyyət alır".
Bunu Sherg.az açıqlamasında millət vəkili Elman Nəsirov Ukraynada yerləşən Kaxovka SES-nin partladılmasından danışarkən deyib.

O bildirib ki, bütün bədbin proqnozlar özünü daha çox doğruldur:
"Belə ki, ən təhlükəli obyektlərdən biri olan Koxovka Su Elektrik Stansiyasını partladılıb və artıq çox böyük insan itkiləri, dağıntılardan söhbət gedir. Tərəflər isə bir-birini İttiham edir. Hətta Rusiyanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasında hadisənin Ukrayna tərəfindən törədilməsi barəsində məsələ qaldırıb. Həmçinin rəsmi Kiyev də Moskvanın işi olduğunu bildirir".
Parlamentari əlavə edib ki, belə texnogen partlayışları müşahidə edərkən yadımıza ikinci Qarabağ savaşı düşür:
"Həmin müharibənin gedişatında da Ermənistan silahlı qüvvələrinin Mingəçevir Su Elektrik Stansiyasını dəfələrlə hədəfə alması barəsində təsdiqlənmiş faktlar var. Düzdür həmin ərəfədə Azərbaycanın hava hücumlarından müdafiə sistemləri raketləri göydə vuraraq, dəhşətli fəlakətin qarşısını aldı. Ancaq Ermənistan ciddi cəhdlə belə bir terrakt törətməklə Azərbaycanı çıxılmaz duruma salmağa çalışırdı. Bizim şanlı ordumuz isə bu təhlükəni neytrallaşdıra bildi. Lakin təəssüf ki, bu gün Ukraynada proseslər arzuolunmaz ssenarilərin reallaşmasına gətirib çıxarır. Həmçinin indi taktiki nüvə silahından istifadə edilə bilməz fikirləri də tənqidə dözmür. Əgər bu cür nəhəng SES partladıldısa, daha təhlükəli ssenarilərin baş verməsi də labüddür"
E. Nəsirovun sözlərinə görə, bu gün böyük dövlətlər dərhal planetimizi gözləyən böyük təhlükənin qarşısını almaq üçün həlledici addım atmalıdırlar:
"Zaman təkcə Rusiya və Ukraynanın deyil, bütün Planetin əleyhinə işləyir. Hadisələrin elə bir inkişaf xətti ilə yüksəlmə ehtimalı var ki, bütün planetin məhvinə səbəb olacaq, nüvə müharibəsi start götürə bilər. Bu reallıq fonunda müharibənin dayandırılması ilə bağlı çox ciddi addımlar atılmalıdır".
Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın Kaxovka SES-i atəşə tutulub. Nəticədə ciddi dağımtılar və insan tələfatı baş verib. Rəsmi Moskva və Kiyev hadisəmi biri-birinin üzərinə atırlar.
Xatırladaq ki, belə bir hadisə 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı da baş verib. Belə ki, ikinci Qarabağ savaşında ermənilər Mingəçevir SES-nə dəfələrlə zərbə endirməyə cəhd etsələr də, raketlə Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region