Ərşad Salehi: “Davamız təhlükədədir”
11:41 27.11.2022
Aktual
443
İraq Türkmən Cəbhəsi lideri, Kərkük millət vəkili Ərşad Salehi İstanbuldakı “Holiday İnn” otelində Türkmən dərnək rəhbərləri və İstanbulda yaşayan İraq türkmənlərilə bir araya gəldi.
Toplantı şəhidləri bir dəqiqəlik sükutla andıqdan sonra Türkməneli Marşının oxunması ilə başladı. “Davamız təhlükədədir” deyərək, birlik çağrısı edən Salehi “çox çətin bir dönəmdən keçirik, torpaq olmadan bayraq olmaz, bir neçə bayraq qaldırmqdansa, bir bayraq altıda ideyamız uğruna yalnız birləşməyimiz lazımdır. Hamımızın ortaq mücadiləsi İraq Türkmən Cəbhəsinin yüksəlməsi, bayrağımızı daha yüksəklərə daşımaq üçün birgə fəaliyyətlərimizin artması olmalıdır. Türkməneli Cəbhəsi Hələbdən Mendeliyə sərhəddi bəlli Kızılelmamızdır” dedi. Son hadisələri dəyərləndirən millət vəkili türkmənləri narahat edən bir çox sualları da cavablandırdı və bildirdi ki, bu davada sonuna qədər hər bir türkmənin səsi olacaq.
Türk Dövlətləri Təşkilatının da fəaliyyətlərini yüksək dəyərləndirən partiya liderinə “Kərküklə bağlı bu təşkilatla birgə çalışmalarınz varmı” deyə souşdum, cavabında bildirdi ki; “ Bizim də təmənnamız ondan ibarətdir ki, İraq türkmənlərini də bu təşkilata heç olmasa müşahidəçi kimi daxil etsinlər. Türkiyə Prezidenti R.T.Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə səslənərək demək istəyirəm ki, biz başqa bir dövlətin içində yaşayırıq, müstəqil deyilik, amma heç olmasa orada bizə onların arxasında oturmağa bir yer versinlər, uzaqdan da olsa desinlər ki, biz də o çatının altındayıq”.
Keçən həftə İstanbulda keçirilən Beynəlxalq Asiya Siyasi Partiyalar Konfransında İraq Kürdüstan Demokrat Partiyasının siyasi bürosunun xarici əlaqələr ofisinin üzvü Dyary Ahmad Hasanın mənimlə söhbətini xatırladım, əvvəlcə Azərbaycanın Emənistanla savaşında, daha sonra isə Güney Azərbaycan məsələsində Azərbaycanın haqlı olmasından danışdı, “mücadilənizi dəstəkləyirəm, o torpaqlar Azərbaycanındır dedi”, ardından da “necə ki, Kərkük Kürdüstan toprağıdır” deyib əlavə etdi. Xanım siyasətçiyə qəzəbinə səbəb olsa da “Siz öz siyasətinizi yürüdə bilərsiniz, bunda özgürsünüz, amma gerçəkləri bilmək hər kəsin haqqıdır - Kərkük Türk torpaqlarıdır, Türkmənlərindir, Qarabağ bizim olduğu kimi” deyə cavab vermişdim. Ümid edirəm ki, türkmənlər haqlı davalarında qalib gələcəklər və özlərinin də dediyi kimi Hələbdən Mendeliyə sərhəddi bəlli Türk torpaqlarında azad yaşayacaqlar.
Yaqut Misirxanlı,
İstanbuldan xüsusi olaraq “Şərq” qəzeti üçün
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual