Əvvəlcədən danışılıb:“Gürcüstan da erməni terrorçuların qaytarılmasına..."
Banuçiçək Kalbalıyeva
15:00 23.04.2021
Aktual
484
“Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə “erməni terrorçuların qaytarılması" formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyini ifadə etmişlər”.
Bu sözləri millət vəkili Fazil Mustafa deyib. Parlamentari qeyd edib ki, burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz:
“Buna bir həftə öncə Gürcüstan Prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır”.
Politoloq, hüquqşünas Fərhad Mehdiyev Gürcüstanın sözügedən addımı barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Ermənistan prezidenti Armen Sarkisyanın bir müddət əvvəl Gürcüstana səfəri, çox güman ki, bununla bağlı idi. Yəni məsələ əvvəlcədən danışılmışdı. Çünki Gürcüstan da Paşinyanın seçkilərdə qalib gələrək hakimiyyətini qorumasını istəyir.
Rəsmi Tbilisidə terrorçuların geri qaytarılmasının Paşinyanın gələcək siyasi karyerası üçün böyük avantaj olduğunu yaxşı bilirlər. Onu da deyim ki, Gürcüstanın sözügedən davranışını beynəlxalq hüquq baxımından qiymətləndirmək düzgün omaz.
Əsas məsələ Azərbaycanın terrorçuları geri verməməyinin beynəlxalq hüququn tələbləri ilə nə qədər üst-üstə düşməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya