Fazil Mustafa: "Ermənilərin verdikləri xəritələrin nə qədər səhih olduğunu təcili olaraq yoxlamalıyıq"
Turan
11:24 13.06.2021
Aktual
1262
"Ermənistan tərəfindən Ağdamda basdırılan minaların xəritələrinin verilməsi hər şeydən öncə Azərbaycanın diplomatik uğurudur".
Deputat bildirib ki, bu ilk növbədə digər mövzularda da cəhdlərimizin boşuna getməyəcəyinə ümid yaradır:
"Digər tərəfdən Ermənistanın bir dövlət olaraq başqa bir ölkənin ərazisində mina basdırdığını və bunun məsuliyyətini daşıdığını təsdiqləyir. Bizim də atılan addımın qarşılığında 15 erməni diversantını təhvil verməyimiz doğru jest olaraq qəbul olunmalıdır. Qoy bu Paşinyanın seçkilərdə işinə də yarasın, bizim üçün yenə də ən uyğun namizəd məlum bəyanatın altına imza atan şəxsdən başqa kim ola bilər ki? Heç gizlətməyə də gərək yox, Paşinyanın əlini möhkəmlədəcək addımlara Azərbaycanın rəvac verməsi daha məntiqli deyilmi?".
F.Mustafa vacib bir məqama da diqqət çəkib:
"Biz bu xəritələrin reallıqda nə qədər səhih olduğunu təcili olaraq yoxlamalıyıq. Çünki ermənilərin bizə düzmə-qoşma bir sənəd verməiyini təcili olaraq dəqiqləşdirmək çox əhəmiyyətlidir. Proses hər nə qədər ağır getsə də, anlaşılan budur ki, əsas hədəfimiz olan Zəngəzur dəhlizi məsələsinin canlanması Ermənistanda yeni hökumətin qurulmasından sonra mümkün olacaq. Bunun üçün də bəzi sosial məsələləri hədsiz şişirdərək Rusiya ictimai rəyində bizimlə bağlı formalaşan neytrallıq havasının dəyişməsinə səbəb ola biləcək davranışlara fürsət verməməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm