
Fişinq mesajların sayı artıb! – “Müştərilərin kartlarından milyonlarla vəsait çəkilib”
Yusif Nəzərli
14:10 19.10.2022
Aktual
432
“Bizdə təhlükəsizlik məsələləri kifayət qədər deyil və qurbanların sayı günü gündən artır”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatına əsasən son günlərdə “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur.
Nazirlikdən bildirilib ki, onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür. Həmçinin bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

Məsələyə münasibət bildirən İnternet-media eksperti Səbuhi Abbasov “Sherg.az”a açıqlamasında söyləyib ki, problem çox ciddidir:
“Son bir ildə fişinq mesajların sayı artıb. Doğrudur daha əvvəl də mövcud idi. Lakin bu qədər aktual deyildi. Əvvəlki vaxtlarda insanlar mesajlar və ya saxta profillər vasitəsi ilə aldadılırdı.
O üsulların qarşısı alındıqdan sonra kibercinayətkarlar daha ağıllı və peşəkər fırıldaqçılıq olan fişinq mesajlara əl atdılar. Bu cür halların artmasının ardında isə maarifsizlik dayanır. Çünki insanlar istifadə etdikləri tətbiqlər və xidmətlər barəsində tam məlumatlı deyillər.
Çox təəsüf ki, xidmət sahəsi göstərən qurumlar maarifləndirici reklamlara üstünlük vermir. Nəticədə də onların müştəriləri zərər görür. Biz son 2-3 ili təhlil etsək, görərik ki, müştərilərin kartlarından milyonlarla vəsait çəkilib.
Onun tapılması isə ən yaxşı halda 20-25 faiz nəticə ilə başa çatır. Fırıldaqçılar xarici dövlətlərin nömrəsi ilə açılmış hesablardan istifadə etdikləri üçün onların tapılması da çox çətindir. Orta hesabla 10 nəfərdən ikisi isə onların tələsinə düşür.
Ekspert qeyd edib ki, bundan ən yaxşı çıxış yolu maarifləndirmədir:
“Bu marifləndirmə televiziyaya az baxan, internetdən istifadə edə bilməyən şəxslər üçün canlı tətbiq edilməlidir. Hətta deyərdim ki orta məktəblərdə bununla bağlı tədbirlər həyata keçirilməlidir.
Bu hadisənin birinci tərəfidir. İkinci məsələ isə müştərilərə xidmət verən sektorların mobil tətbiqlərində quraşdırdığı təhlükəsizliklə bağlıdır. Yəni vətəndaş aldanıb şəxsi kodlarını üçüncü bir şəxsə ötürürsə, aparılan şübhəli əməliyyat bloklanmalıdır. Üçüncü çıxış yolu isə Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin keçirmiş olduğu proqlamlar və tətbirlərlə bağlıdır.
Bununla bağlı isə müəyyən assosiyalar yaradılıb və işlər görürlər. İnkişaf etmiş ölkələrdə isə bu problemlərdən çıxış yolu 4-5 il öncə tapılıb. Ancaq bizdə təhlükəsizlik kifayət qədər deyil və qurbanların sayı günü gündən artır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya