Fransa sərhəddəki gərginliklə bağlı BMT-nin iclasını çağırıb
Yusif Nəzərli
20:32 13.09.2022
Aktual
405
"Bu gün Qərb Ermənistanı Rusiyanın caynağından qoparıb, öz kolleksiyasını bəzəmək istəyir"
"Ermənistana münasibətdə ABŞ, Avropa Birliyi, Rusiya, hətta şiə mərkəzi olan İran da eyni mövqedədir. Dünyanın reallığı budur"
Fransa Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasını çağırıb. Görünür, rəsmi Paris bu təşəbbüslə himayə etdiyi Ermənistanı düşdüyü durumdan xilas etməyə, daha doğrusu, beynəlxalq aləmdə "haqlı tərəf" çıxartmağa çalışır. Əgər Fransa Ermənistanın cəzalandırılmasını istəmirsə, o zaman İrəvanın sülh müqaviləsinə imza atmasını tələb etməlidir.
Ekspertlərin fikrincə, Fransanın təşəbbüslə çıxış etməsinə səbəb regionda Türkiyə və Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması və Parisin geosiyasi mövqeyinin zəifləməsidir. Lakin rəsmi Paris anlamalıdır ki, Fransanın bu mövqeyi Ermənistanı xilas etməyəcək. Ermənistanın xilası Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaqdır.
Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, söhbət yalnız Fransadan deyil, bütövlükdə Qərbin münasibətindən gedir. Analitikin sözlərinə görə, Qərb sivilizasiyası böhran içindədir:
"Erməni məsələsi Qərbin zəif damarıdır. Şübhəsiz, burada erməni diasporunun güclü fəaliyyəti, xristian təəssübkeşliyi rol oynayır. Lakin görünən odur ki, Qərb üçün Ermənistan vazkeçilməzdir. Bu gün Qərb Ermənistanı Rusiyanın caynağından qoparıb, öz kolleksiyasını bəzəmək istəyir. Bu baxımdan, Rusiya və Qərbin ermənilərə münasibəti eynidir. Müsəlman-türk dünyasının ortasında qalan Ermənistan türk dünyasını parçalamaq üçün vasitədir. Ermənistandan bir kart olaraq həmişə türklərə qarşı istifadə olunub. Bütün bunların fonunda Qərb erməni məsələsinə gələndə ədalətli ola bilmir. Erməni amili Azərbaycanı üstələyir. Erməni diasporu Fransa və Avropa ölkələrinin hökumətlərini Azərbaycan əleyhinə qərarlar qəbul etməyə məcbur etmək iqtidarında deyildi. Məsələ ondadır ki, Fransanın, o cümlədən ABŞ və Avropa İttifaqının regionda öz strateji maraqları var. Bu maraqlar Ermənistanın və ya erməni diasporunun hansısa mənfəətinə, xristian birliyinin hansısa çağırışlarına qurban edilə bilməz. Hamı konkret dövlət maraqlarını müəyyən edir. Fransanın BMT TŞ-yə müraciəti də bu ölkədə cəmiyyətin Ermənistan-Azərbaycan münaqişəsinə əhval-ruhiyyəni nümayiş etdirir. Fransanın maraqları isə ondan ibarətdir ki, Qarabağda regionun inkişafına xidmət edəcək sülh bərqərar olsun. Bütün geosiyasi mərkəzlərin regional layihələrdə iştirakla bağlı maraqları var. İnvestisiya qoymaq, mal, xammal daşımaq, bir sözlə, iqtisadi dividend əldə etmək. Bütün müharibələr və siyasi səylər milli maraqların reallaşması ilə bağlıdır. Lakin Fransa Azərbaycanın güclənməsində də maraqlı deyil. Zəif ölkəyə investisiya qoyanda daha ağır şərtlər diktə etmək olur".
A.Rəşidoğluna görə, digər səbəb isə odur ki, Qərbə güclü Türkiyə və Xəzərə çıxışda əsas ölkə olan güclü Azərbaycan lazım deyil:
"Paris və Brüssel istəyir ki, Türkiyə əvvəllər olduğu kimi, Qərbin vassalı olsun, Azərbaycan demokratik inkişaf yolunu seçib güclənməsin, korrupsiya və işsizlikdən təngə gəlsin ki, 60 milyonluq (30 milyon azərbaycanlı İranda yaşayır) Azərbaycan qurub, türk və müsəlman dünyasının avanqardına çevrilməsin. Ermənistana münasibətdə ABŞ, Avropa Birliyi, Rusiya, hətta şiə mərkəzi olan İran da eyni mövqedədir. Dünyanın reallığı budur. Bu reallıqlar daxilində öz maraqlarımızı qorumağa məhkumuq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Konqoda Eboladan ölənlərin sayı 500-ü ötdü
20:02 06.07.2026
Dünya
Rutte: Rusiya Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək
19:59 06.07.2026
Siyasət
Tramp: İranın nüvə silahı olmayacaq
19:54 06.07.2026
Siyasət
Tramp: Rusiya-Ukrayna sülhü yaxındır
19:50 06.07.2026
Siyasət
Tramp: Ağ Evin Cənubunda helikopter meydançası tikilir
19:40 06.07.2026
Dünya
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
19:37 06.07.2026
Futbol
YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib.
19:25 06.07.2026
Ölkə
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi
19:10 06.07.2026
İqtisadiyyat
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region