Əraqçi İslamabadda nüvə mövzusunu gündəmə gətirməyəcək

İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada növbəti səfəri zamanı Pakistan tərəfi ilə nüvə proqramı məsələsini müzakirə etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlarda əsas diqqət Hörmüz boğazında yeni hüquqi rejimin yaradılması, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması, kompensasiyaların ödənilməsi və İrana qarşı hücum edilməyəcəyinə dair təminatların verilməsi məsələlərinə yönələcək.