“Fransa yenə də revanşistləri dəstəkləməyə çalışır” - MƏKR!
Banuçiçək Kalbalıyeva
10:17 15.04.2021
Aktual
981
“Rəsmi Paris erməni icmasına status vermək istəyirsə, qoy, bunu öz ölkəsində etsin”
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib. Dövlət başçısı çıxışında bir sıra mühüm məqamlara toxunub. O, həmçinin son Qarabağ savaşı ərəfəsində Fransanın öz vasitəçilik missiyasına uyğun davranmadığını bildirib:
“Müharibə zamanı Fransa separatçıların tərəfində idi. Bu barədə bir neçə dəfə açıq fikirlərimi bildirmişəm. Və, bu, əlbəttə ki, qeyri-müvafiqdir”. Prezident, onu da deyib ki, Fransa o vaxtkı prezident Jan Şikarın Ümummilli lider Heydər Əliyevdən xahişindən sonra ATƏT-in Minsk qrupunun üzvünə çevrilib. Rəsmi Paris bitərəf olacağına söz versə də, belə davranmayıb.
Millət vəkili Asim Mollazadə ATƏT-in Minsk qrupunun və Fransanın Azərbaycan həqiqətlərinə münasibəti barədə “Sherg.az”a danışdı:
“Bu qurum münaqişənin dondurulması istiqamətində səylərdən başqa hansısa addım atmayıb. Nəzərə almaq lazımdır ki, vasitəçi dövlətlərin hər birində, o cümlədən Fransada siyasətə güclü təsir imkanları olan erməni lobbisi və diasporu var.
Onlar öz missiyalarına uyğun davranmadılar. Beləliklə, BMT-nin məüyyən edilmiş qətnamələrinin tələblərini Azərbaycan özü yerinə yetirdi. Münaqişə həll edildi və tarixə qovuşdu. Buna baxmayaraq, Minsk qrupunun üzvləri yenə də revanşistləri dəstəkləməyə çalışırlar. Belə səylər qəbuledilməzdir.
Səlib yürüşü təfəkküründən bəhrələnən Fransa hansısa erməni icmasına status vermək istəyirsə, qoy, bunu öz ölkəsində etsin. Niyə etmir?! Vasitəçilər münaqişəni canlandırmağa çalışsalar, yenə uğursuzluğa düçar olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm