Güclər fərqlidir
Yusif Nəzərli
14:07 20.12.2022
Aktual
559
Samir Hümbətov: "Afina Ankara ilə savaşa girməyəcək"
Yunanıstanla Türkiyə arasında hərbi qarşıdurma gözlənilmir
Yunanıstan baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bur ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında Brüsseldə gizli görüş keçirilib. Bu barədə Yunanıstanın “News Break” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, görüş Almaniya kansleri Olaf Şoltsun xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötnerin iştirakı ilə baş tutub: "Danışıqlar Almaniyanın Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyinin ofisində heç bir ilkin şərt qoyulmadan keçirilib ki, tərəflər qarşılıqlı münasibətləri bərpa etmək üçün niyyətlərini müzakirə edə bilsin. Yens Plötneri və Almaniyanın Afinadakı keçmiş səfiri də görüşdə iştirak edib”.
Qeyd edək ki, NATO çərçivəsində müttəfiq olan Türkiyə və Yunanıstan mübahisəli ərazilərə görə dəfələrlə silahlı münaqişənin astanasında olublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviyanın yalnız bir hissəsinə nəzarət edən Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın imzaladığı hərbi sahədə əməkdaşlıq və dəniz zonaları üzrə qarşılıqlı anlaşma diplomatik mübahisələrə səbəb olub. Türkiyə memorandumu nəzərə alaraq dəniz zonalarının xəritəsini dərc edib. Bunun nəticəsində Yunanıstan sularının əhəmiyyətli bir hissəsi Türkiyəyə "keçib". Yunanıstan Şərqi Aralıq dənizi regionunda Türkiyənin tədqiqatlarına etiraz edib. Bu, rəsmi Afina ilə Ankara arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Ölkələr arasında gərginliyin yeni mərhələsi 23 avqust 2022-ci ildə baş verib. Yunanıstan türk F-16-larını hədəfə almaq üçün Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərini bölgəyə yerləşdirib. Ərdoğan bir neçə dəfə bildirib ki, Yunanıstan təxribatlara davam edərsə, “türklər gecə qəfildən gələ bilər”.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, son dövrlər Yunanıstan və Türkiyə arasında gərginlik artıb.
Analitik hesab edir ki, tərəflər arasında görüşlər, təmaslar konkret hər hansı məsələyə təsir göstərə bilər. Amma iki ölkə arasındakı ümumi gərginliyə ciddi təsir göstərəcəyi inandırıcı deyil:
"Məsələ ondadır ki, Yunanıstanı Türkiyə əleyhinə çıxmağa, Ankaranı hədələməyə məcbur edən, təhrik edən qüvvələr var. Afina çox yaxşı başa düşür ki, Türkiyə qarşısında daxili imkanları çox zəifdir. Yunanıstan ABŞ-nin hərbi bazaları tərəfindən tamamilə əhatə olunmuş bir ölkəyə çevrilib. Amerika Yunanıstanda son dövrlərdə 9 hərbi baza qurub.
Bu, kifayət qədər ciddi məqamdır, çünki hərbi bazaların əksəriyyəti Türkiyə ətrafında yerləşdirilib. Yunanlar İkinci Dünya müharibəsindən sonra imzalanmış sənədlərə əsasən, öz nəzarətinə götürdükləri hərbsizləşdirilmiş adalara da artıq hərbi qüvvələr cəmləməyə başlayıblar.
Bunlar iki ölkənin əlaqələrinin normallaşma mərhələsinə girməsinə və sağlam əlaqələrin formalaşmasına imkan vermir. Əlbəttə, onu da iddia etmirik ki, Türkiyə və Yunanıstan hərbi qarşıdurmaya gedəcək və bir-biri ilə savaşacaqlar. Bu da inandırıcı deyil. Hər iki ölkə NATO çərçivəsində müttəfiqdir və Afina hökuməti Türkiyənin hərbi gücünün fərqindədir.
Əgər hansısa qarşıdurma olarsa, Yunanıstanı təhrik edənlər Türkiyə ilə birbaşa savaşa girməyəcək. Həmin qüvvələrin marağı Türkiyə ilə Yunanıstanı üz-üzə qoymaq, münasibətləri gərgin saxlamaqdır.
Çünki Afinaya dəstək verənlərin bölgədə, Aralıq dənizində öz maraqları var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya