Gülüstan Əliyeva Cəbrayılda şəhid həyat yoldaşının məzarını tapıb

Əməkdar artist Gülüstan Əliyeva Cəbrayılda şəhid həyat yoldaşı Zahid Əhmədovun məzarını tapıb.
“Sherg.az” xəbər verir ki, bu barədə sənətçinin özü İnstaqram hesabında məlumat yayıb. Dağıdılmış məzarlıqdan fotolarını paylaşan G.Əliyeva bu sözləri yazıb:
“Bu gün Böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində Vətən, torpaq deyərək canını qurban verən Daxili İşlər nazirliyinin zabiti, Cəbrayılın igid oğlu  Z.Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım”.
Samirə