
Gümrüdə etirazlar:"Rus bazasının çıxarılması tələb olunur"
Yusif Nəzərli
07:38 09.02.2023
Aktual
421
Rusiya ilə Ermənistan arasında böhran dərindir
Hamıya bəllidir ki, Paşinyan hakimiyyəti ilk gündən etibarən Kremllə yollarını ayırıb
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətləri böhran adlandırmaq baş verənlərin həddindən artıq çox şişirdilməsidir: “Biz rusiyalı həmkarlarımızla daim əlaqə saxlayırıq. Zəngin iş gündəliyimizə daxil olan, həm razılaşdırılmış, həmçinin razılıq əldə olunmayan bütün məsələləri müzakirə edirik". Nazir onu da əlavə edib ki, bəzi məsələlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmə ilə bağlı fikir ayrılıqları var. Lakin onlar ümumi müstəvidə müzakirəyə açıqdır.

Mirzoyanın açıqlamasını "Şərq"ə dəyərləndirən politoloq Turab Rzayev deyib ki, bunlar diplomatik səviyyədə verilmiş rəsmi açıqlamalardır. Analitik vurğulayıb ki, əsas məsələ bir ölkənin xarici işlər nazirinin digər bir dövlətlə "aralarında ziddiyyət yoxdur" açıqlamasının hansı zərurətdən irəli gəlməsidir:
"Buna aydınlıq gətirilməlidir. Əgər nazir belə bir açıqlama vermək məcburiyyəti duyubsa, deməli, əslində belə problem var. Görünür, nazir də mövcud problemi hansısa formada yumşaltmaq istəyib. Hamıya bəllidir ki, Paşinyan hakimiyyəti ilk gündən etibarən Rusiya ilə yollarını ayırıb. Çünki erməni baş nazir Qərbin liberal çevrəsinin dəstəklədiyi, maliyyələşdirdiyi "məxməri inqilab"la hakimiyyətə gəlib. Moskva, şəxsən Putin bu cür inqilablara, o cümlədən də Paşinyanın şəxsinə nifrət edir. Paşinyan Ermənistanda vəzifə başına gələndən Kremldən uzaqlaşmaq siyasətini güdür. 44 günlük müharibə və ondan sonrakı proseslər Ermənistanın gündəmini dəyişdirmişdi. Ancaq son aylarda İrəvan hökuməti yenidən anti-Rusiya siyasətinə davam etməyi qərarlaşdırıb. Ölkədə Rusiya əleyhinə mitinqlər təşkil olunur, Gümrüdə etirazlar baş verir, rus bazasının çıxarılması tələb olunur, KTMT tənqid olunur, bölgəyə beynəlxalq sülhməramlıların gətirilməsi təklif edilir və s. Paşinyan hakimiyyəti və erməni əhalisi açıq şəkildə Rusiyadan uzaqlaşmağa çalışır. Bu, Paşinyanı hakimiyyətə gətirənlərin təlimatı olmaqla yanaşı, görünür, həm də erməni əhalisinin istəyidir. Problem isə ondadır ki, Rusiyanın Ermənistandakı mövqeyi çox güclüdür. Ermənistanda rusların iki hərbi bazası yerləşir. Ölkənin hava və quru sərhədləri rus hərbçilər tərəfindən qorunur. Paşinyan xaricə səfər edərkən belə rus sərhədçilərinin nəzarətindən keçir. İrəvanın Rusiyadan asılılığını birdən-birə ortadan qaldırmaq çox çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya