"Halal yaşamaq lazımdır"

İlham Tumas: "Təkcə ordunun yox, heç bir qurumun pulunu mənimsəmək olmaz"

Ölkədə səs-küylü həbslər  davam edir. Bu dəfə növbə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Oruc oğlu Qurbanova çatıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Qarabağ döyüşçüsü, tanınmış jurnalist İlham Tumas bu barədə “Şərq”ə danışarkən bildirib ki, təkcə ordunun yox, heç bir qurumun pulunu mənimsəmək olmaz.

“Əgər DTX bu gün Müdafiə Nazirliyində reydlər keçirir və müəyyən şəxslər həbs olunursa, deməli, dövlətin pulunu yeyənlər var. Bu istənilən quruma aiddir. Halal yaşamaq lazımdır. Dövlətin pulu ana südü kimi halal puldur. Onu heç vaxt namərdlərə dağıtmaq olmaz”. 

Sənan İsmaıl