Həmin ərazilər Azərbaycandır! - Paşinyan bəyannaməni imzalamaqla...
Yusif Nəzərli
13:20 06.10.2023
Aktual
761
Ermənistan Baş naziri Nikol Paşinyan Qranada (İspaniya) şəhərində AB Şurasının sədri, Almaniya və Fransa liderləri ilə keçirilən görüşdə bəyannamə imzalayıb.
Paşinyanın imzaladığı sənəddə Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğu bəyan edilib.
Bu da o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olur.
Məsələni "Sherg.az"a şərh edən politoloq Samir Hümbətov söyləyib ki, Paşinyan bəyannaməni imzalamaqla Qazağın 7 kəndinin və Kərkinin də Azərbaycan ərazisi olduğunu tanıyıb:
"Ümümiyyətlə 1907-ci ildə imzalanan"Lahey" müqaviləsinə əsasən işğal edilən ərazilərdəki hüquqlar işğalçıya keçmir. Bu mənada Zəngəzur və Göyçənin böyük bir hissəsi Azərbaycanın iradəsindən kənar Ermənistana verilib. Bu anlaşmaya əsasən həmin ərazilər Azərbaycandır və Bakı bu yoldan geri çəkilməyəcək. Avropa Birliyi isə bu bəyanatı imzalatmaqla Ermənistanı sığortalamağa çalışırlar ki, Azərbaycanın digər əraziləri ilə bağlı iddiası olmasın. Yəni beynəlxalq məhkəmədə bildirsinlər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb başqa nə istəyirsiniz. Qranada görüşündən isə Fransanın destruktiv mövqeyinə görə imtina edilib.
Düzdür bəyannamə prinsip etibarilə normaldır. Amma burada bütün gücləri ilə Ermənistanı sığortalamağa çalışırlar. Lakin nəzərə almaq lazımdır ki, Zəngəzur və Göyçənin bəzi əraziləri məsələsi həll olunmayıb. Bu isə öz həllini tapmalıdır. Çünki sözügedən ərazilər Azərbaycan torpaqlarıdır. Hələ 1919-20-ci ildəki Paris sülh konfransının xəritələrində Zəngəzur və Göyçənin bir hissəsi, həmçinin Qazağın 7 və Naxçıvanın Kərki kəndləri Azərbaycanın ərazisi kimi göstərilib. Ona görə bəyannamənin yarımçıq olduğunu hesab edirəm".
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Birliyi sammiti çərçivəsində beştərəfli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa Birliyi) görüş nəzərdə tutulurdu.
Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığı səbəbindən Azərbaycan tərəfi görüşdən imtina etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya