
Hər iki ölkə ilə müsbət əlaqələr var
Yusif Nəzərli
09:11 22.12.2022
Aktual
472
Rəsmi Bakı bütün hallarda Serbiya və Kosovaya vasitəçilik missiyasını da təqdim edə bilər
Serbiya Grezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycana işgüzar səfərə gəlib. Vuçiçin səfəri işgüzar xarakterli olsa da, kifayət qədər diqqət çəkir. Xatırladaq ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərindən heç bir ay keçməyib. Serbiya və Azərbaycan prezidentlərinin ay ərzində qarşılıqlı səfərlər etməsinin bir çox səbəbi ola bilər.
Lakin ekspertlərə görə, əsas məsələ mövcud Serbiya-Kosova gərginliyidir. Rəsmi Belqrad Priştina ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Tərəflər arasında bir müddətdir davam edən avtomobil nömrəsi böhranı noyabrın 21-də Kosovanın ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimə tətbiq edəcəyini açıqlaması ilə pik həddə çatıb.

Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, Vuçiç yaxşı bilir ki, ehtimal serb-alban silahlı toqquşması Belqrad üçün baha başa gələ bilər. Söhbət rəsmi Belqradın həm beynəlxalq təzyiqlə üzləşməsi, həm də Avropa Birliyinə üzvlük prosesinin dayandırılmasından gedir:
"Bundan başqa Kosovada NATO-nun sülhməramlı qüvvələri mövcuddur və ora hər hansı genişmiqyaslı hücum həmin qüvvələrlə qarşı-qarşıya gəlmək deməkdir. Vuçiç Azərbaycan Grezidentinin Serbiyaya səfəri zamanı “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” demişdi. Əslində onun bu sözləri həm də “mən nə etməliyəm” sualıdır.
Görünür, Vuçiç artıq bu sualı birbaşa vermək və cavabını öyrənmək üçün ölkəmizə səfərə gəlib. Əslində Serbiyanın mövcud gərginliyini sonlandırmasının bir neçə yolu var.
Birincisi, rəsmi Belqrad Rusiyanı dəstəkləməkdən imtina etməlidir. Məsələ ondadır ki, Qərb bu məsələdə Kosovoya açıq şəkildə dəstək verir.
Bu dəstəyin əsas səbəbi də Serbiyanın Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamasıdır. Belqrad indiki məqamda Rusiyaya qarşı mövqeyini dəyişsə, mümkündür ki, Qərb də gərginliyin azalması istiqamətində Kosova hakimiyyətinə təzyiq edə bilər.
İkincisi, Serbiya Qazaxıstan variantına da əl ata bilər. Söhbət Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən iki dövlət arasında münasibətlərin pisləşdiyi eyforiyası yaratmaqdan gedir. Üçüncüsü isə Prezident İlham Əliyev Vuçiçə Azərbaycansayağı balans siyasətində məsləhət görə bilər.
Söhbət Ukraynaya humanitar yardım edib, Rusiyanın işğalını tanımamaqdan gedir. Belə bir addımdan Rusiya tərəfi də narazı qalmaz. Rəsmi Bakı bütün hallarda Serbiya və Kosovaya vasitəçilik missiyasını da təqdim edə bilər. Prinsip etibarilə hər iki ölkə ilə müsbət əlaqələr var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə