Hikmət Hacıyev Azərbaycanın informasiya savaşındakı təcrübəsindən danışıb
Yusif Nəzərli
10:43 11.12.2021
Aktual
645
"Türkiyə tərəfindən təşkil edilən forum böyük əhəmiyyət daşıyır. Müasir dünyada strateji kommunikasiyaların, yəni ismarışların əlaqələndirilmiş və ardıcıl şəkildə təqdim olunması böyük önəm kəsb edir. Bu xüsusda Azərbaycanın təcrübəsi konfrans iştirakçılarının nəzərinə çatdırıldı".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya-"Stratcom 21" sammiti ilə bağlı deyib.
O qeyd edib ki, xüsusilə Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə hibrid elementlərlə müşaiyət olunub və dezinformasiya, yalan xəbərlər əsnasında həyata keçirilib. Prezidentin köməkçisi vurğulayıb ki, bu məsələ 90-cı illərin əvvəllərinə də aiddir: "Azərbaycanın haqlı olmasına baxmayaraq ölkəmizin haqsız duruma salınmasına və bu münaqişə əsnasında yalanların beynəlxalq ictimaiyyətə təqdim olunmasına cəhd edilirdi. Tədbirdə çıxışım zamanı Birinci və İkinci Qarabağ müharibələrini müqayisə edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı aparılan strateji kommunikasiyanın əhəmiyyətini və metedolojiyasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın 30-dan artıq media orqanına müsahibə verib. Həmin müsahibələr saatlarla davam edirdi. Eyni zamanda dövlət başçısının Azərbaycan xalqı ilə birbaşa dialoqunun həyata keçirilməsi və televiziyalar vasitəsi ilə cəbhədə baş verən hadisələri xalqa çatdırması, reallıqları təqim etməsi də böyük önəm daşıyırdı. Həmçinin Prezident tərəfindən sosial media hesabları üzərindən aparılan fəaliyyət və bütün ölkəmizdə kommuniyasiyanın vahid mərkəzdən idarə olunaraq əlaqələndirilmiş şəkildə, hər hansı fikir ayırılığına yol vermədən həyata keçirilməsi sahəsində olan təcrübəmizi bölüşdük".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm