Qeyd edək ki, bu yaxınlarda Moskvadan İstanbula yola düşən S. Hüseynovun təyyarədə halı pisləşib, ürəktutma diaqnozu qoyulan sabiq baş nazir komaya düşüb. O, İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
"İddiası böyük, özü savadsız idi, onu müdafiə edənlər isə..." - Fazil Mustafa Surət Hüseynov haqda!
Yusif Nəzərli
14:02 03.08.2023
Aktual
1237
"Adətən tarixdə bəlli bir dövr keçdikdən sonra müxtəlif insanlar haqqında rəylər formalaşdırılır".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Fazil Mustafa ötən günlərdə vəfat edən sabiq baş nazir Surət Hüseynov haqqında sosial şəbəkələrdə müsbət rəy formalaşdırılmağa çalışılmasından danışarkən deyib:
Deputat bildirib ki, Surət Hüseynov da belə obrazlardan biridir:
"O birinci növbədə Azərbaycan cəmiyyətində iddiası böyük, ancaq savadsız biri kimi tanınır. Savadsız insanın vurduğu zərbə isə daha böyük olur. İstər hərbidə, istərsə də baş nazir postunda yaxşı təşkilatçı olmaq mümkündür. Lakin bununla yanaşı bilik sahibi də olmağa ehtiyac var. Ümumiyyətlə Surət Hüseynov vaxtilə yun və başqa kənd təsərrüfatı sahələrində vəsait mənimsəyərək sərvət sahibi olduqdan sonra, müəyyən üstünlüklər qazandı. Amma zaman göstərdi ki, bu, heç də siyasətdə uğur əldə etmək üçün əsas deyil. Digər tərəfdən onu məqsədyönlü şəkildə müdafiə edənlər və Xalq Cəbhəsində daha çox vətənpərvər olması barəsində danışanlar, elə Surət Hüseynov qədər xalqa nifrət edən, millətin strategiyasını anlamayan insanlardır. Düzdür, Xalq Cəbhəsində müəyyən səhvlər və problemlər olub, ancaq bir təşkilat olaraq hər zaman xalqın müstəqilliyi üçün əlindən gələni edib”.
Parlamentari əlavə edib ki, Surət Hüseynovu dəyərli şəxsiyyət kimi adlandıran insanlar, onun kitabından, fikirlərindən nümunə çəksinlər, bəlkə biz oxumamışıq və səhv tanıyırıq:
“O, baş nazir kimi fəaliyyət göstərdiyi bir il ərzində hansı ağıllı qərarı verib ki, biz bilmirik? Başa düşürəm ilk dövrlərdə bir az pul xərcləyib və rus ordusu ilə birlikdə bəzi addımlar atıb. Ancaq həmin dövrdə rus ordusu onsuz da Xalq Cəbhəsinin içində və çölündə yalançı qəhrəmanlar şişirdirdi . Yəni Lənkəranda Əlikrama, Bakıda Rəhim Qazıyeva, Gəncədə isə Surət Hüseynova silah verib "qəhrəman" etdi. Həmin silah kimə verilsə idi, onsuz da "qəhrəman" olacaqdı. Ümumiyyətlə o qədər sadəlövh, naşı zehniyyətə sahib cəmiyyətik ki, qiymətləndirmədə belə yanlışlara yol veririk. Nə deyim? Allah belə düşünənləri islah etsin".
Qeyd edək ki, bu yaxınlarda Moskvadan İstanbula yola düşən S. Hüseynovun təyyarədə halı pisləşib, ürəktutma diaqnozu qoyulan sabiq baş nazir komaya düşüb. O, İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm