İlham Əliyev: “Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub”
Yusif Nəzərli
15:25 25.11.2022
Aktual
442
“Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Dövlətimizin başçısı bildirib:
“Biz Afrika qitəsinin ölkələri ilə fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik, habelə Albaniyada səfirlik açılması ilə yanaşı, Keniyada səfirliyin təsis edilməsi barədə qərar qəbul edilib. Azərbaycanı Afrika İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub. Azərbaycanda keçirilən Zirvə Görüşündə mən dedim ki, biz ədaləti, təşkilatın üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks etdirir”.
Prezident İlham Əliyev xatırladıb ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti Afrika dövlətləri idi. “Onlar başa düşürlər ki, Azərbaycan onların dostudur. Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq. Bu baxımdan, bizim böyük potensialımız var”, - deyə dövlətimizin başçısı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual