İlham Əliyevin Ankarada çoxistiqamətli görüşləri olub
Yusif Nəzərli
02:26 11.08.2022
Aktual
614
Turan Rzayev: "Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirmək olar"
Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri V İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutsa da, keçirilən mühüm görüşlərlə də diqqət çəkib. Səfər çəçivəsində Prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Görüşlə bağlı informasiya az olsa da, tərəflərin əsas müzakirə mövzusunun Ermənistanın Qarabağda törətdiyi son təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatının olduğu məlumdur. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, “Qisas” əməliyyatından qısa müddət sonra Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevi Türkiyəyə dəvət etməsi faktiki olaraq rəsmi Ankaranın prosesləri yaxından izlədiyini göstərir. Analitikə görə, bu mənada ölkə başçılarının görüşdə son hadisələr ətrafında müzakirə aparmaları və ortaq strateji addımları müzakirə etdiklərini demək olar:
“Dövlət başçıları arasında həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum müzakirə edilib. Əslində son zamanlar cəbhə xəttində artan erməni təxribatları Türkiyə-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək. Rəsmi Ankara dəfələrlə elan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması rəsmi İrəvanın atacağı konstruktiv addımlardan və ən əsası Azərbaycanın mövqeyindən asılı olacaq. Yəni Ermənistanın gərginliyi artırması, destruktiv addımlar atması öz növbəsində Ermənistan-Türkiyə münasibətlərini hazırkı səviyyədə saxlayacaq. Ölkə başçılarının görüşündə digər diqqətçəkən məqam isə liderlərin əl-ələ, gülərək söhbət etmələri idi. Bunu həm də Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirmək olar”.
T.Rzayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Konyada Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi ilə də görüşüb:
“Ümumiyyətlə, istər Şimali Kipr Prezidenti Ərsin Tatar, istərsə də Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi keçirilən görüşlərin Türkiyə tərəfindən təşkil edildiyini demək olar. Xüsusilə, Ankara Bakının İsrail ilə əlaqələrini yaxşı bilir. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesində rəsmi Bakının sərgilədiyi vasitəçilik və konstruktiv mövqeyin Fələstinlə də olması istənilir. Fələstin-İsrail münasibətləri son günlər yenidən gərginləşib və Azərbaycan iki ölkə arasında həm sülhün əldə edilməsi, həm də münasibətlərin normallaşmasında vasitəçi ölkə ola bilər. Rəsmi Bakının həm İsrail, həm də Fələstin ilə münasibətləri normaldır. Azərbaycanın münaqişə təcrübəsi və Qoşulmama Hərəkatının sədri olduğunu nəzərə alsaq, belə bir vasitəçilik missiyası uğurlu alına bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya