"İnanıram ki, itkin şəxslərimizin arasında sağ qalanlar var"
Yusif Nəzərli
03:20 15.02.2022
Aktual
711
Əhməd Şahidov: "Ermənistan rəsmiləri kütləvi məzarlıqlarla bağlı dəqiq məlumat verməlidir"
"108 meyitin qalıqlarının Azərbaycana qaytarılması çox kiçik rəqəmdir"
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistanın bəzi meyit qalıqlarını Azərbaycan tərəfinə qaytardığını deyib. Qurum rəsmisi bildirib ki, Ermənistan tərəfindən verilən qalıqlar meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir. E.Səmədov meyitlərin qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qaytarılıb:
“Hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də qalıqlardan DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.
Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə deyib ki, Ermənistan tərəfi uzun müddət Azərbaycanın humanist çağırışlarına məhəl qoymayıb. Ekspertin sözlərinə görə, beynəlxalq təşkilatlar da ermənilərin qeyri-insani davranışlarına göz yumublar:
“Son aylar ərzində Azərbaycanın erməni əsirləri hissə-hissə qarşı tərəfə təhvil verməsi, 1709 erməni hərbçinin cəsədlərinin qaytarılması İrəvanı məcburi də olsa konstruktiv mövqeyə gəlməyə vadar edib. Çox çətin və uzun prosesdir. Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız itkin düşüb. Onların neçəsinin şəhid edildiyi, neçəsinin sağ qalması ilə bağlı məlumata sahib deyilik. Fevralın 4-də tərəflər arasında video-formatda keçirilmiş görüşdə meyitlərin cəsədlərinin qaytarılması tələbi İrəvan hökumətinin başçısı qarşısında qoyulmuşdu.
Paşinyanın sözlərinə görə, artıq 108 meyitin qalıqları Azərbaycana qaytarılıb. Əlbəttə, bu, çox kiçik rəqəmdir. Bir çox vətəndaşımızın kütləvi qətl edilərək toplu məzarlıqlarda basdırıldığına şübhə yoxdur. Ermənistan rəsmiləri kütləvi məzarlıqlarla bağlı dəqiq məlumat verməlidir. Meyit qalıqlarının çox zərər görməsi onlardan DNT nümunələrinin götürülməsi prosesini yubada bilər. Erməni silahlıları işğal zamanı bir çox rayonlarımızda qırğınlar törədiblər. Hələ Xocalı, Xocavənd və başqa rayonlarımız sülhməramlıların nəzarəti altındadır. Həmin ərazilərdə kütləvi məzarlıqların olma ehtimalı böyükdür.
Proses uzun çəksə də, ümid edirəm, 3890 itkinimizin taleyi barədə müfəssəl məlumatları gec-tez əldə edəcəyik. İnanıram ki, itkin şəxslərimiz arasında sağ qalanlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq