İndiyə qədər uşaq evində böyüyən 252 nəfər mənzillə təmin olunub

Azərbaycanda hər iki valideynini itirən və uşaq evlərində böyüyən şəxslərin mənzillə təminatı davam etdirilir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ilin yekunlarına dair bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu günə qədər 252 nəfər hər iki valideynini itirən və uşaq evlərində böyüyən şəxs mənzillə təmin edilib.