İnflyasiya artıq orta təbəqəni də təsiri altına alıb - Əli Məsimli

"Azərbaycanda inflyasiya artıq orta təbəqəni də təsiri altına alıb". 

Sherg.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, Azərbaycanda inflyasiya əvvəl yalnız yoxsul təbəqəyə təsir edirdisə, indi orta təbəqəni təsiri altına alıb: "Bundan başqa, onun sözlərinə görə, ölkədə bankların faizləri kifayət qədər yüksəkdir: "Reallıq budur ki, bank sektoru özü üçün komfort yaradıb, yüksək faizlərdən, nağdlaşdırma hesabına komissiyalardan qazanır. Banklar sahibkarlara yüksək faizli kredit verməklə öz pullarını dövr etdirirlər. İllik 20-21 faizlə kredit verən bank sahibkara qazanc üçün yalnız 4-5 faizlik yer saxlayır. Necə olur ki, MDB ölkələrində faiz dərəcələrini aşağı salmaq olur, bizdə olmur?".