İnteqrasiya labüddür: Türkiyə-Azərbaycan birgə ordu birləşmələri yaradılmalıdır
Yusif Nəzərli
07:38 08.12.2022
Aktual
579
"Azərbaycan və Türkiyə ordularının inteqrasiyası və bir ordu olması yolunda fəaliyyətləri hər iki ordunun say və texniki baxımdan da qarşılıqlı olaraq artırılmasını labüd edir". Bu sözləri "Şərq"ə politoloq Azər Qasımov deyib. Ekspert bildirib ki, hər iki ordu öz strukturlarını qarşılıqlı fəaliyyət üzərində qurmalıdır:
"Orduların potensialı bir-birinə dəstək üzərində təşkil olunmalı, hərbi təchizat buna görə nizamlanmalıdır. Ehtiyac halında eyni vaxtda bir neçə cəbhədə əməliyyat aparmağa hesablanmalıdır.
Fikrimcə, Türkiyə və Azərbaycan ərazilərində bu məqsədlə ayrı-ayrılıqda əlavə bir ordu birləşməsi də formalaşdırmaq lazımdır. Bu ordu birləşmələrində hər iki ölkənin əsgər və zabitləri eyni vaxtda birlikdə hərbi xidmət keçməlidir. Bunun çağırışçı və ya professional əsgərlər olmasına isə tərəflər qərar verməlidir.
Hərbi texnika baxımından ortaq istehsal artırılmalı və ordunun təchizatı daha çox buna köklənməlidir. Tədricən bu praktikanı digər Türk Dövlətləri Təşkilatı ölkələrinə də yaymaq lazımdır. Hətta mümkünsə, birlikdə eyni vaxtda başlanmalıdır".
Analitikin fikrincə, bununla yanaşı ideoloji işin aparılması prosesi də sürətlənməlidir:
"Ortaq televiziya kanalının açılması məsələsi gündəmə gəlməlidir. Cənubi Azərbaycan məsələsi dövlətlər səviyyəsində qarşılıqlı təbliğ olunmalıdır. Artıq hər kəs öz tərəfini seçib. Bundan sonra İranla münasibətlərin düzəlməsi mümkün olmayacaq. Proses sona kimi davam etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya