İnternetin qiyməti bahalaşdı! - Keyfiyyəti də yüksələcəkmi? – REAL İZAH
İnternetin qiyməti bahalaşdı! - Keyfiyyəti də yüksələcəkmi? – REAL İZAH
Yusif Nəzərli
12:53 11.08.2022
Aktual
616
Natiq Cəfərli:“Azərbaycanda hər hansı bir xidmətin tarifinin yüksəlməsi onun heç də keyfiyyətinin artması demək deyil”
Fuad İbrahimov: “İnternetin sürəti baxımından, bəlkə də, ən geridə qalmış ölkələr sırasındayıq”
Azərbaycanda internet bahalaşıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib. Bununla bağlı şirkətdən bildirilib.
Məlumata əsasən, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq, 4 mbit/s və 10 mbit/s tarifləri ləğv edilib. Abunəçilərin daha sürətli internetə keçidi təmin edilib. Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri müvafiq olaraq, 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Dəyişiklik qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.
Qiymət dəyişikliyinə görə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir. Köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş edirlər. Əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manatdır. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manatdır. Genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
İqtisadçı Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda hər hansı bir xidmətin tarifinin yüksəlməsi onun heç də keyfiyyətinin artması demək deyil:
"Digər dövlətlərə nisbətən ölkəmizdə internet tarifləri onsuz da bahadır. İndi qiymət artımından sonra keyfiyyətin yüksələcəyi ilə bağlı vədləri izləmək lazım gələcək. Yəni xidmətlərin keyfiyyət səviyyəsində dəyişikliklər baş verəcəksə, o zaman qiymət artımının məntiqini anlamaq olar.
Əgər doğrudan da, sürətdə fərq müşahidə edilməyəcəksə, bu, sadəcə qiymət artımı üçün bir bəhanəyə çevrilə bilər. Nəticədə Azərbaycan istehlakçılarına zərəri toxunar. Heç bir ölkə ilə də müqayisə oluna bilməz".
İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, ölkədə internet anlayışı nə sürət, nə keyfiyyət, nə xidmət, nə də qiymət baxımından dünya standartlarına uyğundur:
"Bəlkə də, ən geridə qalmış ölkələr sırasındayıq. Bazarda yüz şirkət varsa, hər biri inhisarçılıqla məşğuldur. Qiymət prosesində sanki sövdələşməyə gediblər. Allahın nəsib etdiyi varlığı pula çeviriblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya