İran müstəqil Azərbaycanı heç vaxt həzm etməyəcək
00:27 10.08.2021
Aktual
554
"Rəsmi Tehrandan ölkəmizə qarşı xoş olmayan siyasəti daima gözləməliyik"
“İran-Azərbaycan əlaqələri heç vaxt yüksək səviyyədə olmayacaq”.
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, buna baxmayaraq bu ölkə ilə əməkdaşlıq etmək və əlaqələri normal vəziyyətdə saxlamalıyıq:
“İran hakimiyyəti Azərbaycanın müstəqilliyini İranda yaşayan 40 milyona yaxın azərbaycanlı üçün mayak hesab edir. Və Azərbaycanın böyük bir ərazisi bu ölkənin ərazisi vahidindədir. Ona görə də biz rəsmi Tehrandan ölkəmizə qarşı xoş olmayan siyasəti daima gözləməliyik”.
M.Əsədullazadə qeyd edib ki, Azərbaycan-İran əlaqələrində iqtisadi və siyasi əməkdaşlığı qorumalı və milli maraqlarımıza zərər gəlmədən bu siyasəti həyata keçirməliyik: “Amma zamanla Cənubi Azərbaycanla bağlı siyasətimizi də gündəmdə saxlamalıyıq.
Vətən müharibəsində İran ərazisindən Ermənistana Rusiya hərbi texnikalarının daşınması, rəsmi Tehranın bizə açıq şəkildə mövqeyinin nümayişi idi. Biz çalışmalıyıq ki, İranın məzhəbsəl siyasətinin ölkə daxilində inkişafının qarşısını alaq. İran öz zərərli məzhəb siyasəti vasitəsilə Azərbaycana təsir etməyə çalışır. Amma bunun qarşısı daima alınır və bu siyasəti uğurlu olmayacaq.
Politoloq vurğulayıb ki, İran-Azərbaycan əlaqələrində problemlər Tehran tərəfindən qaynaqlanır:
“İran Azərbaycan bayrağına qarşı diqqətsizdirsə, Bakıda da biz eyni analoji jesti edə bilərik. Milli Məclisin sədri xanım Sahibə Qafarovanın İran prezidenti ilə görüşdə bayraq məsələsinə gəldikdə isə bu, protokol qaydalarına uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual