İranın Qarabağda ZƏRİF siyasəti: “İştirakçı olmaq istəyir, çünki...”
Banuçiçək Kalbalıyeva
10:39 25.11.2020
Aktual
781
“Rəsmi Tehran rəsmi Moskva ilə birgə hərəkət etmək niyyətindədir”
“Onlar strateji müttəfiq hesab edilirlər. Hətta cənub qonşumuz sülhməramlı heyətin tərkibində olmağa dair təkliflə çıxış edib”
“Zəriflə Lavrov təkcə Qarabağ yox, həm də ABŞ, Avropa İttifaqı və Türkiyə ilə münasibətlərdən də danışıblar”
Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub. Müzakirə zamanı Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı danışıblar. Bu barədə TASS Rusiya XİN-ə istinadla xəbər yayıb. Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağdakı mövcud vəziyyət, Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi müzakirə edilib”.
Nazirlər, eyni zamanda, Suriya, Fars körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət də daxil olmaqla, digər əsas mövzular ətrafında fikir mübadiləsi aparıblar.Qeyd olunur ki, Lavrov və Zərif ticarət-iqtisadi və humanitar sahələrə də toxunublar:
“Qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəlindi”.
Deməli, rəsmi Tehran da , belə demək mümkünsə, “başını başlara qoşmağa çalışır”. Adama deyərlər ki, niyə öz işinlə məşğul olmursan? Onsuz da masa ətrafında kifayət qədər iştirakçı var...
Politoloq Sədrəddin Soltanın fikrincə, İranın əsas məqsədi məhz iştirakçılardan birinə çevrilməkdir. O, bu barədə “Sherg.az”a danışıb:
“İran regional dövlətdir. Ona görə də bölgədə baş verən bütün proseslərdə iştirak etmək, ən yaxşı halda məlumatlı olmaq istəyir. Həm də İran Rusiya ilə birgə hərəkət etmək niyyətindədir. Çünki strateji müttəfiq hesab edilirlər.
Hətta cənub qonşumuz sülhməramlı heyətin tərkibində olmağa dair təkliflə çıxış edib. 1991-ci ildən bəri Ermənistanın mövcudluğunda İran mühüm rol sahibidir. Son hadisələrdə də rəsmi Tehran işğalçıya dəstək verdi. Məhz İran yanacağının hesabına erməni tankları Qarabağda hərəkət edirdilər.
Ümumiyyətlə, Erməmistanla əməkdaşlığı, ticarət əlaqələrini daha çox bu dövlət saxlayıb. Ötən həftələrdə İran daha çox Rusiyanın addımlarını müdafiə edib. İndi də bunun qarşılığını istəyir. Amma bir məqamı da qeyd edim ki, digər BMT ölkələri kimi İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fikrimcə, nazirlər arasındakı telefon danışığı da məsələnin ərazi bütövlüyümüz çərçivəsində həllinə yönəlib”.
S.Soltan, həmçinin bildirib ki, müzakirənin yeganə predmeti Qarabağ olmayıb:
“Həm Rusiya, həm də İran ABŞ, Avropa İttifaqının sanksiyalarına məruz qalıb. İki aydan sonra ABŞ-da hakimiyyət rəsmən dəyişəcək. Ona görə sözügedən müzakirələrin əsas mövzusundan biri də həm də ABŞ-la gələcək münasibətlərin necə qurulmasıdır. Hər halda Bayden güzəştə gedənə oxşamır. Başqa sözlə desək, o, əvvəlki siyasəti davam etdirəcək.
Yəni, ümumiləşdirəsi olsaq, nazirlər arasında telefon danışığının mövzuları təkcə Qarabağ yox, həm də ABŞ, Avropa İttifaqı və Türkiyə ilə münasibətlər olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media