İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 28-də ABŞ ilə danışıqlarda vasitəçilərlə görüşə İran nümayəndə heyətinə rəhbərlik edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, məsləhətləşmələr zamanı tərəflər mövcud vəziyyətlə bağlı son təklifləri və mövqeləri nəzərdən keçirmək niyyətindədirlər.
Görüşdə Amerika tərəfinin nümayəndələrinin iştirak etməyəcəyi vurğulanır.