İrəvana müəyyən basqılar gözləniləndir
Yusif Nəzərli
09:14 02.02.2023
Aktual
399
Lavrovun Bayramovla təmaslarında Ermənistana mesajlar verildi
Moskva onunla ciddi rəqabətə girmiş Qərbin müşahidə missiyasını sərhədə gətirməsinə seyrçi qala bilməz
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini, yolun açıq olduğunu diqqətə çatdırıb. Bildirilib ki, yoldan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfi uydurma təbliğatını davam etdirir. Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Politoloq Əli Oruclu "Şərq"ə bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın bütün bəndlərinə Azərbaycan əməl edib. Eyni zamanda sonrakı müxtəlif formatlı görüşlərdə imzalanan sənədlərdəki öhdəliklər də rəsmi Bakı tərəfindən icra olunmaqdadır. Lakin Ermənistan üçtərəfli bəyanatın iki vacib bəndini, eləcə də sonrakı görüşlərdə əldə olunan razılaşmanı yerinə yetirməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb:
"Xüsusən, Qarabağ iqtisadi zonasında Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında olan erməni hərbi birləşmələrinin çıxarılması, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən kommunikasiya dəhlizinin açılması düyünə çevrilib. Bunlar azmış kimi, üstəlik, Azərbaycan ərazisində ekoloji terroru və təbii resursların talanmasını davam etdirib. Belə olan halda təbii ki, Azərbaycan dövləti və ictimaiyyəti müvafiq tədbirlərə əl atmaq məcburiyyətində qalır. Laçın yolunda ekofəalların etiraz aksiyası cəmiyyətin içindən gələn qəzəb və narazılığın təzahürüdür. Ermənilərin beynəlxalq şüvənliyinə baxmayaraq, çox humanist yanaşma sərgilənir. Baxmayaraq ki, yolu Rusiya sülhməramlıları bağlayıb. Rusiya ermənilərin məqsədlərini yaxşı anladığından onların təxribatçı gedişlərinə məhəl qoymur. Ermənilərin bu cür "humanitar böhran" təbliğatı Rusiyaya sülhməramlıların imicinə və üzərinə götürdüyü missiyasına zərər vurur. Ona görə də Lavrovun Bayramovla təmaslarında imzalanan bəyanatın və digər sənədlərin yerinə yetirilməsi məsələsinin vurğulanması həm də Ermənistana mesajdır".
Ə.Oruclunin fikrincə, Moskva onunla ciddi rəqabətə girmiş Qərbin müşahidə missiyasını sərhədə gətirməsinə seyrçi qala bilməz: "Rusiyanın hər nə qədər başı Ukrayna savaşına qarışsa da, Cənubi Qafqaz iddiasından əl çəkəcəyini iddia etmək absurddur. Əsasən, özünün yaratdığı "Ermənistan" adlı dövləti də Qərbə verəsi deyil. Moskvanın həm öz nüfuzunu qorumaq, həm maraqlarını təmin etmək, həm də Azərbaycanı narazı salmamaq üçün İrəvana müəyyən basqılar edəcəyi gözləniləndir. Əvvəl-axır Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək məcburiyyətində qalacaq. Reallığı nə qədər tez anlasalar, bir o qədər onlar üçün faydalı olar".
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region