İşğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məscid tikilir - Bütün imkanlar səfərbər olunub
Yusif Nəzərli
15:00 30.07.2023
Aktual
747
Keçmiş məcburi köçkünlər ən qısa zamanda doğma yurd-yuvalarına qayıdacaq
“İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən amansızlıqla dağıdılmış məscidlər, kilsələr var.
Prezident İlham Əliyev həmin ərazilərdə sökülən məbədlərin bərpasına diqqətlə yanaşır. Məscidlərlə yanaşı, kilsələr də təmir olunur”.
Bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məscidin tikintisi davam edir.
Millət vəkili Ceyhun Məmmədov isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində məscidləri, müqəddəs ocaqları təhqir edib, tarixi və mədəni abidələri, məzarlıqları dağıdıb. Sevindirici haldır ki, azad olunan ərazilərdə bağça, məktəb və digər infrastruktur layihələri ilə yanaşı məscidlərin də tikintisinə xüsusi yer verilir:
“Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
Prezident İlham Əliyevin göstərişi ilə aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində tarixi abidələr, məscidlər də təmir və bərpa edilir. Bu da ölkə başçısının mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfədir.
Hazırda Şuşa, Zəngilan, Ağdam, Suqovuşanda, Hadrutda onlarla məsciddə təmir-bərpa işləri həyata keçirilir. Yenidənqurma və bərpa işlərində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və "Paşa Holdinq" yaxından iştirak edir. Fondun maliyyəsi hesabına məscidlər yenidən qurularaq bərpa edilir və insanların ibadət etməsi üçün imkanlar yaradılır. Heydər Əliyev Fondu ermənilərin məhv etdikləri milli-mənəvi dəyərlərin bərpasına da öz töhfəsini verir. Artıq bir neçə məsciddə tikinti işləri başa çatmaq üzrədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm