İsraildən xəbərdarlıq: "Evlərinizi boşaldın, sığınacaqlara gedin"

İsrail təyyarələri gecə boyu Qəzzanın cənubundakı Xan Yunus bölgəsinə xəbərdarlıq vərəqələri atıb.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, dörd şəhərdəki insanlara evlərini tərk edərək sığınacaqlara getmələri barədə xəbərdarlıq edilib.
Sözügedən xəbərdarlıqda “Təhlükəsizliyiniz üçün təcili olaraq yaşayış yerinizi boşaltmalı və sığınacaqlara getməlisiniz”, bildirilir.
Quru hücumu başlamazdan əvvəl Qəzzanın şimalınada oxşar vərəqələr atılıb.
Bu gün səhər Qəzza Daxili İşlər Nazirliyi Xan Yunisin şərqində evlərə atəş açıldığını bildirib.
Qeyd edək ki, oktyabr ayında Xan Yunisin əhalisi 400 mindən bir milyona yüksəlib. Hazırda Qəzzanın şimalından minlərlə məcburi köçkün burada müvəqqəti düşərgələrdə, xəstəxanalarda və məktəblərdə yaşayır.