“İstəyimiz Gədəbəydən Naxçıvana qədər sərhəd nişanları yerləşdirməkdir”
“İstəyimiz Gədəbəydən Naxçıvana qədər sərhəd nişanları yerləşdirməkdir”
Yusif Nəzərli
14:51 05.10.2022
Aktual
600
“1918-1920 -ci illərdə Qafqazda yeni dövlətlər və siyasi subyektlər meydana gələndə indiki kimi Birləşmiş Millətllər Təşkilatı mövcud deyildi. Ərazilərin müasir texnalogiyalarla dəqiq müəyyənləşdirilməsi və bu torpaqların delmitasiyası isə reallaşmamışdı”.
Bunu “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc sərhədlərin müəyyənləşdirilməsi və Azərbaycanın delimitasiyanı hansı xəritəyə uyğun aparacağından danışarkən bildirib.
O qeyd edib ki, Ermənistan Cumhuriyyətdən əvvəlki dövrdə Azərbaycanın xəritələrdə var olmadığını iddia edir:
“Biz ümümi ərazilərin SSRİ-nin yaranması fonunda çəkilməsindən danışırıq. Lakin onun gerçəkləşməsi müxtəlif zamanlarda baş verib. Nə üçün erməni mediasında Azərbaycanın 1919-1920 ci illərin xəritəsini gündəmə gətirdiyi deyilir.
Biz sanki Cumhurriyət dövründən danışmış kimi qələmə verilirik. Onlarda deyillər ki, siz əvvəlki dövrə qayıtsanız o zaman siyasi subyekt kimi Azərbaycan vardımı?
O dövrdə bu adın seçilməsi İranla razılaşdırıldı. Çünki qarşı tərəf buna etiraz edirdi. Biz isə artıq həmin dövrə qayıtmadan, amma onun vacib olduğunu vurğulayaraq, müxtəlif ərazi mübadilələrinin baş verməsini sübut etməliyik.
Bolşeviklərin hakimiyyəti qurulduqdan sonrakı dövrdə də yeni xəritə cızıldı. Bu xəritənin yaranması həmin dövrün reallıqları çərçivəsində, yəni bir sıra xarici dövlətlərin təsiri ilə baş verdi. Çünki SSRİ dövründə müttəfiq ölkələrin hər birində bu kimi konfliktlər mina kimi basdırılırdı.
Bu səbəbdən də diskusiyalarda Lenin və Stalinin adı çox hallanır. Ona görə ki, 1930-1940 və 1960-1970- ci illər əsnasında ərazilərlə bağlı müxtəlif qərarlar qəbul edildi. Həmin dövrlərdə bəzi ərazilərimiz otlaq yeri məqsədi ilə ermənilərə verilmişdi. Lakin bu SSRİ konstutusiyasına uyğun addım deyildi. Ona görə də delimitasiya problemi sona qədər razılaşdırıla bilmir”.
Deputat qeyd edib ki, 2 gün öncə Mirzoyanla görüşdə Ceyhun Bayramov məsələnin bir ay önə çəkilməsini təklif edib:
“Bu çağırış ölkəmizin sərhəddin yenidən toqquşma meydanına çevrilməsini istəmədiyini göstərir. Azərbaycan dövləti qətiyyən sərhədlərin hər gün dəyişməsi və İrəvanı qaytarmaq ideologiyası ilə yaşamır. Biz tarixi torpaqlarımıza dinc qayıdışı arzulayırıq. Ona görə də delimitasiya məsələsində, baş nazirin müavinləri səviyyəsində yaradılmış komissiya, iradə göstərərək yeni addımlar ata bilər.
Bizim istəyimiz Gədəbəydən başlayaraq Naxçıvana qədər sərhəd nişanları yerləşdirilməsi, mübahisəli ərazilərə xarici qüvvələri də cəlb edərək həll etməkdir. Ancaq onlar bu prosesi uzatmaq istəyirlər. Bu isə bölgədəki gərginliyi daha da artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə