Zaxarova: Kiyevin rus dilinə münasibəti Ukrayna Konstitusiyasını pozur

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin rus dilinə münasibətinin Ukrayna Konstitusiyasına zidd olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Zaxarova Telegram kanalında Ukrayna hakimiyyətinin rus dili ilə bağlı siyasəti ölkə Konstitusiyasının tələblərini pozur deyə bildirib.

“Kiyev rejiminin hərəkətləri Ukrayna Konstitusiyasını da kobud şəkildə pozur. Xatırladım ki, Konstitusiyanın 10-cu maddəsində rus dilinin qorunması və inkişafına təminat verilir”, - diplomat qeyd edib.

Zaxarova həmçinin Qərb tərəfdaşlarının Kiyevə güzəştlərinin Ukraynada ruslara qarşı ayrı-seçkiliyin cəzasız şəkildə davam etdirilməsinə şərait yaratdığını iddia edib.