2025-ci ildə Azərbaycanda ən çozx sərmayə yatırılan rayon və şəhərlər məlum olub.
FED.az-ın tərtib etdiyi rayonların investisiya reytinqinə əsasən Bakı, Sumqayıt və işğaldan azad edilmiş regionlar istisna olmaqla, ölkədə ən çox sərmayə yatırılan rayonlar dəqiqləşib. xaricregionlarında əsas kapitala iri həcmdə investisiyalar yönəldilib. Bakı və Sumqayıt şəhərləri, eləcə də işğaldan azad edilmiş ərazilər nəzərə alınmadıqda investisiyaların həcminə görə Abşeron rayonu ilk yerdədir.
2025-ci ildə Abşeron rayonunda əsas kapitala 564 milyon manata yaxın investisiya yönəldilib. İkinci yerdə 538 milyon manatla Gəncə şəhəri, üçüncü yerdə isə 392,3 milyon manatla Xızı rayonu qərarlaşıb.
İlk üçlükdən sonra Şirvan və Mingəçevir şəhərləri gəlir. Şirvanda əsas kapitala təxminən 293,1 milyon manat, Mingəçevirdə isə 235 milyon manat sərmayə yatırılıb.
İlk altılığı Hacıqabul rayonu tamamlayır – rayonda 2025-ci ildə əsas kapitala 160,6 milyon manat investisiya yönəldilib.
Bundan başqa, 2025-ci ildə Astara rayonuna 154,3 milyon manat, İsmayıllı rayonuna isə 128,3 milyon manat yatırılıb.
Beləliklə, seçilmiş 6 rayon və şəhərə birlikdə təxminən 2,18 milyard manat sərmayə yatırılıb.