Kahramanmaraşdakı azərbaycanlı tələbələrin son VƏZİYYƏTİ
Yusif Nəzərli
05:12 07.02.2023
Aktual
376
“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib.
O deyib ki, 25-dək tələbə hazırda Universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumilikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaqdadır.
Tələbələrin təxliyəsilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyilə mütəmadi əlaqələr qurulduğunu vurğulayan Həmran Əmirli ikinci təxliyə prosesində digər Azərbaycan vətəndaşlarının da ölkəmizə göndərilməsinin mümkün olduğunu deyib:
“Əsas diqqətimiz tələbələrdir. Səfirliyimizlə mütəmadi əlaqədəyik. Kahramanmaraşda Konqres Mərkəzi var, daha təhlükəsiz olsun deyə, tələbələrimizi əvvəlcə ora apardıq. Amma ora çox insanlar sığınıb, tək qapısı var, zəlzələ təhlükəsi yaşanan an insanların təşviş içindən tək bir qapıdan çıxması təhlükəli vəziyyət yaradır. Bu səbəbdən tələbələrimizi universitetin həyətinə gətirdik, sabaha qədər tonqal yandırıb, ətrafına toplanacağıq. Çünki hava çox soyuqdur, qarı yağış əvəz edib”.
Kahramanmaraşda əlaqə saxlaya bilmədiyi bir neçə tələbənin olduğunu deyən Həmran Əmirli onlar haqqında məlumat almaq üçün xəstəxanalara müraciətlər edildiyini, amma hələlik xəbər ala bilmədiyini qeyd edib:
“İnternet və telefon əlaqəsi çox məhduddur. Azərbaycanla əlaqə saxlaya bilirik, amma Kahramanmaraşda şəhərdaxili telefon əlaqələrində çətinliklərimiz var. Dağıntılar altında qalan tələbələrin kimliyi haqqında məlumatlarımız şifahi şəkildə yayılıb, amma həyatda olmadıqları haqqında rəsmi məlumat təsdiqini tapmayıb. Bu məlumatları dəqiqləşdirəcəyimiz yer xəstəxanalardır.
Xəstəxanalardakı azərbaycanlı həkimlərimizlə də əlaqələr saxlayırıq ki, onlara hər hansı məlumat daxil olsa, bizə də bildirsinlər. Təəssüf ki, hazırda vəziyyət o qədər qarışıqdır ki, xəstəxanalarda elektron qeydiyyat aparılması mümkün deyil”.
Həmrən Əmirli deyib ki, Kahramanmaraş şəhərinin mərkəzindəki köhnə tikili binalar dağılaraq yerlə bir olub, yeni tikintilərə isə giriş hələlik qadağandır:
“Bizim bina çoxmərtəbəlidir. Əşyalarımı götürmək üçün evə girdim, çıxdıqdan az sonra 7,6 bal gücündə ikinci zəlzələ dalğası yaşandı. Maraşda bir məhəllə var ki, 15 mərtəbəli 15 bina vardı, onlar tamamilə yox olub, yerdə yalnız damları görünür. Kahramanmaraşda Azərbaycan bulvarında da bütün binalar dağılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat