Kapital davası: ABŞ Konqresmeni üçün Vardanyanın heç bir önəmi yoxdur
03:49 30.05.2024
Aktual
409
"ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsinə dəstək artır. Hazırda 32 konqresmen bu qanun layihəsini dəstəkləyir ki, bu da Azərbaycana güya davamlı insan haqlarının pozulması, o cümlədən "Qarabağ ermənilərinə qarşı törədilmiş cinayətlərə qarşı sanksiyalar tətbiq edilməsini" nəzərdə tutur". Bu barədə beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikaisya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib. Ekspert bildirib ki, layihəni dəstəkləyənlərdən 26-sı Demokrat Partiyadan, 6-sı isə Respublikaçı Partiyadan olan konqresmenlərdir: "Azərbaycan tərəfi deyəndə ki, ABŞ-də artan Azərbaycan nifrətinin arxasında birbaşa erməni lobbisi dayanır və ABŞ siyasətçiləri onların maliyyəsinin kölgəsinə çevrilib, bəziləri qəbul etmirdi. Sənədin müəllifləri, konqresmenlər Dina Titus və Qus Bilirakis, 44 Azərbaycan rəsmisinin adını çəkərək, bu siyasi və hərbi şəxslərin həm Azərbaycan vətəndaşlarına, həm də ermənilərə qarşı törədilmiş cinayətlərdə iştirak etdiklərini iddia edirlər. Qısaca görək, kimdir bu Titus? Titusun vəkilliyinə xüsusilə Nevada ştatında onun seçki dairəsində əhəmiyyətli bir erməni-amerikan icmasının olması təsir göstərir. Onun qanunvericilik fəaliyyəti Azərbaycan məmurlarına qarşı yönəlib ki, Qarabağ ermənilərinə qarşı törətdikləri əməllərə görə cavabdehlik daşısınlar. Bu barədə isə o, konkret erməni seçiçi dəstəyi və lobbi pulu almaqdadır. Erməni-Amerika icması və onun nümayəndələri arasında bu qanuna dəstək güclü olub və Titusu ABŞ Konqresində erməni məsələlərinin əsas müdafiəçisi kimi görüb. Bu, onu Ermənistan və Azərbaycanla bağlı beynəlxalq müzakirələrdə, xüsusən də Qafqaz regionunda davam edən gərginlik və münaqişələr kontekstində mühüm fiqur kimi göstərməyə xidmətə cəhddir".
Ə.Əlibəyli vurğulayıb ki, əgər Bayden Administrasiyası Azərbaycan rəsmilərinin guya "cinayətkar olduğunu təsdiqləsə", onlara "Magnitski Akt"ı tətbiq ediləcək: "Onların aktivləri dondurulacaq və ABŞ-yə girişləri qadağan olunacaq. Amerikalı konqresmenlər son hərbi əməliyyatlar zamanı ermənilərin əsir götürülməsi epizodlarını xatırladaraq, Azərbaycan tərəfinin belə hərəkətlərinin Bakının sülh barədə bəyanatlarına etibar yaratmadığını iddia edirlər. Çox maraqlıdır, müstəsna həyasızlıq nümunəsi kimi ortaya əməlli-başlı nəticə qoyurlar və Azərbaycana açıq şəkildə deyirlər ki, separatçılara qarşı dözümlü olmalı imiş, ölkəyə qarşı konstitusion cinayət əməllərinə qarşı tədbir görməli deyilmiş, Qarabağda hökumət qurmağa cəhd edən çirkli pullar kralı Vardanyan həbs edilməli deyilmiş. Nəhayət, maliyyə məsələsi burada üzə çıxır. ABŞ Konqresmeni üçün Vardanyan adlı şəxsin heç bir önəmi yoxdur. Önəmli olan adamların kapitalının olmasıdır ki, ondan bir parça dadmaq naminə Azərbaycan əleyhinə onlarla saxta hüquqi ittiham tapmağa baş yorurlar. Hətta o qədər irəli gediblər ki, indiki durumu "davam edən danışıqlara zərbə" adlandırıblar. Nikol Paşinyan güman ki, bu prosesin əsas dəstəkçilərindən biridir və qeyri-diplomatik alətlərlə masada əlini gücləndirməyə çalışır. Onda Azərbaycan niyə Ermənistandan birbaşa tələb etməsin ki, ABŞ-dəki hoqqalarını dayandırsınlar, yoxsa danışıqlar prosesi pozula bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya