Kasıblar üçün xüsusi supermarketlər açılsın - Deputatdan təklif
09:00 23.06.2023
Aktual
359
“Bazarlarda ciddi bahalıq var, bunun səbəbi həm də dünyada gedən proseslərdir. Ona görə də görülən tədbirlərə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir, bu da əhalinin kasıb hissəsini daha çox əzir”.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, hökumət, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür:
“Təklif edirəm ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyəti dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın. İkinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkədə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış sənədinin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət