"Kədəriniz kədərimizdir, Türkiyə" adlı anım mərasimi keçirilib - FOTOLAR
Yusif Nəzərli
13:15 08.02.2023
Aktual
485
Zəlzələ baş verən əraziyə külli miqdarda geyim və ərzaq göndəriləcək. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in mərkəzi ofisində qardaş Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirən insanlarla bağlı "Kədəriniz kədərimizdir, Türkiyə" adlı anım mərasimi keçirilib.
Əvvəlcə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları çıxışlarında Türkiyədə baş verən fəlakətlə bağlı matəmin təkcə qardaş deyil, ümumi türk dünyasının matəmi olduğunu bildiriblər.
Vurğulanıb ki, qanı bir, canı bir qardaşlarımızın başna gələn müsibət hamımızın ürəyini qanadıb, hər bir azərbaycanlı gücü çatan qədər yardım etməyə çalışır.
Tədbir əsnasında qeyd olunub ki, qardaş ölkəyə ilk yardım edən Azərbaycan olub.
Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyəyə yardım müvafiq qurumlara göstəriş verib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təcili olaraq Türkiyəyə yola düşüblər və hazırda 725 nəfərlik heyət xilasetmə əməliyyatlarında iştirak edir.
Dövlət başçısının tövsiyələrinə və xalqımızın təşəbbüsünə qoşularaq TAİB də yardım kampaniyasına start verib. Zəlzələ baş verən əraziyə külli miqdarda geyim, ərzaq göndərilir.
Anım mərasimində TAİB-in İdarə Heyətinin üzvləri, Qadınlar Şurasi, Gənclər Təşkilatı, ictimaiyyət nümayəndələri iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya