
Kibertalamaların, kiberdələduzluqların sayı artır - MÜBARİZƏ TƏSİRSİZDİR
12:44 14.05.2024
Aktual
756
"Vətəndaşların hüququnu qorumaq üçün daha effektiv iş ortaya qoymaq lazımdır"
Kibertalamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır. Bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. Elşad Hacıyev vətəndaşları diqqətli olmağa çağırıb:
"Kibertalamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.
Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb. Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb. Məlumatlı ol ki, aldanmayasan!"

Məsələ ilə bağlı danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda günü-gündən kibertalamaların, kiberdələduzluqların sayı artır.
Lakin qanunvericilikdə, praktik, operativ həll yolu yoxdur. Məsələn, real bir nümunədən söz açacam. Bir qadın dələduzluğa məruz qalaraq kartından 6 min manat pul oğurlanıb. Məlum olub ki, həmin vəsait Azərbaycandakı bir bankdan digərinə köçürülüb. Bir sözlə, pul xaricə çıxmayıb. Bununla bağlı həmin şəxs 20 gündən çoxdur ki, polis, məhkəmə və həmin banka müraciət edib. Ancaq pul ölkə daxilindən çıxmasa belə, dələduzluğa məruz qalan adama bildirirlər ki, vəsait geri qayıtmayacaq. Hətta, aldığım məlumata görə, polis əməkdaşları məhkəmədən sənəd gəlmədiyini deyir. Bir sözlə, bütün qurumlar bu məsələdə kifayət qədər diqqətli deyillər. Bu sahədə xüsusi bloklama, nəzarət mexanizmi yoxdur. O zaman bu çıxışlar nəyə lazımdır? Vətəndaşın diqqətsizliyi, rəqəmsal səriştəsizliyi ola bilər. Bəs, dövlətin vətəndaşı qoruma mexanizmi hardadır? Vətəndaş özünü qoruya bilirsə, o zaman polis, məhkəmə niyə təşkil olunub? Bu qəbul edilməz yanaşmadır. Fikrimcə, kiberdələduzluq, kibertalançılıqla bağlı pafoslu çıxışlardansa, bir qədər effektiv iş ortaya qoymaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm