
Kibertəhlükəsizlik prioritet sahədir
Yusif Nəzərli
05:20 11.12.2021
Aktual
575
Böyük Britaniya Ankaranı yanında görmək istəyir
Bu əməkdaşlıq formatı Türkiyənin NATO-da mövqelərini daha da gücləndirəcək
İngiltərə Müdafiə və Təhlükəsizlik Forumunun rəhbəri Olqa Meytland ölkəsinin Türkiyə ilə məlumat bölüşməyə hazır olduğunu və türk dövlətinin müttəfiq kimi qəbul edilməsinin lazım olduğunu bildirib. Meytland Türkiyənin kibertəhlükəsizlik sahəsində mühüm aktor olduğunu deyib. Dünyada milli təhlükəsizlik və müdafiə sahələrinə yanaşmada böyük dəyişiklik olduğunu vurğulayan Meytland aparıcı ölkələrin bu müdafiə və kibertəhlükəsizliyə çox ciddi büdcələr ayırdığını xatırladıb. Böyük Britaniyanın əsgər sayını 83 minə, daha sonra isə 72 minə endirdiyini qeyd edən Meytland bu yöndə qənaət edilən büdcənin kibertəhlükəsizlik sahəsində qiymətləndirildiyini deyib.
O, Türkiyənin də bu mənada önəmli ölkə olduğunu bildirib: “Türkiyə çox önəmlidir, Prezident Ərdoğanın Kiber Təhlükəsizlik Mərkəzi qurmasını olduqca vacib hesab edirik. Əlbəttə, ingilislər Türkiyə ilə məlumat bölüşməyə hazırdırlar, şübhəsiz ki, Türkiyəni kibertəhlükəsizlik sahəsində müttəfiq hesab etməliyik”.
Meytland Türkiyə ilə İngiltərə arasında uzun müddətdir əməkdaşlığın davam etdiyini xatırladıb: “Bizim üçün çoxlu təhdidlər var. Türkiyə də tək deyil. O, tək qalmamalıdır”. O qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqından çıxdığı üçün çevikliyə malikdir və bu, Türkiyə ilə əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar yaradır.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, dövlətlərin informasiya ehtiyatlarının, o cümlədən informasiya təhlükəsizliyi insidentlərinin operativ idarə edilməsi günün ən vacib məsələlərindən və problemlərindən biridir:
“Bu yöndə hazırda ABŞ və Avropa ölkələri kiber-təhlükəsizliyin təmin olunması üçün büdcələrinə xüsusi əlavələr ediblər. Hətta bir sıra ölkələr hərbi sahədə ixtisarlar edərək kiber-təhlükəsizliyə diqqəti artırmağı üstün tuturlar.
Çünki kibernetika və onun təhlükəsizliyi təmin olmayan ölkələr “lider ölkə” statusu barədə düşünə bilməzlər. Müasir dövrdə İnformasiya texnologiyalarının fantastik inkişafı kiber-cinayətkarlığa yol açıb.
Kiber-cinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemləri təhlükə altına qoyur. ABŞ, Rusiya, Çin, İngiltərə, Almaniya, Fransa və Türkiyə öz xüsusi kiber qoşunlarını yaradıblar. NATO-nun ən güclü hərbi potensialına malik olan Türkiyə bu sahədə ciddi uğurlara imza atıb.
Bu səbəbdən Böyük Britaniya kibertəhlükəsizlik sahəsində Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq formatı Türkiyənin NATO-da mövqelərini daha da gücləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm