Kreml həqiqətləri dilə gətirdi
Yusif Nəzərli
22:25 02.02.2023
Aktual
533
Azərbaycan torpaqlarını geri qaytardı
Lavrov: "Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi"
Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində yarımçıq da olsa bir sıra həqiqətləri dilə gətirib. Rusiya XİN başçısı bildirib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi və Azərbaycan torpaqlarını geri qaytardı. Lavrov KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi məsələsinə də toxunub: “Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu.
Biz Ermənistanın xahişini aldıq. Qurumun baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistan-Azərbaycan sərhədinə getdi və KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”. Amma Lavrov Ermənistanın bu qərarda Azərbaycanın qəti şəkildə qınanılmasını şərt kimi qoyduğunu və KTMT ölkələrinin buna razı olmadıqlarını xatırladıb: "Ona görə yox ki, kimisə himayə edək, kiməsə dəstək olmayaq.
Sadəcə, Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar.
Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı". Lavrov Ermənistan və Azərbaycanın Avropa İttifaqı ilə birlikdə sülh müqaviləsini bağlamağa hazır olduqları haqqında sənədi imzaladıqlarını və həmin sənəddə sülh müqaviləsinin 1991-ci ilin Almatı Bəyannaməsinin şərtləri əsasında imzalanacağını xatırladıb: “Bizə hətta gələcək addımları müəyyənləşdirmək çətindir. Çünki Almatı Bəyannaməsində deyilir ki, yeni dövlətlər arasındakı sərhədlər Sovet İttifaqına daxil olan Sovet respublikalarının inzibati sərhədləri olacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan Sovet Respublikasının tərkibində olub. Ona görə də burada vəziyyət çoxqatlıdır. KTMT-nin bu sadə olmayan vəziyyətdə sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması faktı, düşünürəm ki, çox vacib nailiyyətdir. Bu təklif hələ də masa üzərindədir. Əgər bizim ermənistanlı müttəfiqlərimiz, dostlarımız əvvəlki kimi bunda maraqlıdırlarsa, bunu bir-iki gün ərzində yerləşdirmək olar”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə deyib ki, Rusiya Xarici İşlər Nazirliyi bir neçə gün bundan qabaq Avropa İttifaqının Ermənistanda "mülki missiya" qrupunun yerləşdirilməsinin regionda sülh prosesinə zərbə vuracağını bildirmişdi:
"Heç kəsə sirr deyil ki, Nikol Paşinyan ABŞ-dən maliyyələşən QHT-lərin köməyi ilə hakimiyyətə gəlib. Bunlar Soros fondu və digər təşkilatlardır. Bu maliyyəçilər əvvəlcədən qarşılarına Ermənistanı beynəlxalq münasibətlərin Rusiyayönümlü spektorundan Amerikayönlü spektoruna çevirmək vəzifəsini qoyublar. Bu proses tədricən həyata keçirilir. Necə ki, Ukraynada da bunu belə etdilər. Tədricən Ukraynanı Rusiyadan qopardılar. Bir an içində Ermənistanı da Rusiyadan qoparmaq mümkün deyil. Bu proses tədricən aparılır. Amma bütün hallarda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ayrı-ayrı siyasi oyunçuların "girovuna" çevrilməməlidir".
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region