Kreml planlarını işə salır: “Qarabağda ruslaşma...”- Abxaziya ssenarisi
Banuçiçək Kalbalıyeva
12:27 22.02.2021
Aktual
886
“Oradakı bəlli rusdilli qruplara, ya da birbaşa rus milli azlıqlarına gözlənilməz dəstək gələcək”
“Məsələn, onlar qısa zamanda varlana bilərlər”
“Həmin adamlar işğaldan azad edilən bölgələrə "köç" edib, orada həm yenidənqurma işlərində "pay sahibi" olacaq, həm də kütləvi yaşayacaqlar”
Qarabağda rus dilinin “dövlət dili” kimi qəbul olunmasından sonra növbəti təxribatla da üzləşdik. Belə ki, ötənlərdə Rusiya sülhməramlıları Xankəndində qondarma qurumun “dirçəliş” gününü qeyd ediblər. Əlbəttə, hərbçilərə buna icazə verən olmasa, nəsə etməzdilər. Görünür, “yaşıl işıq” yandırılıb. Pultun kimin əlində olması isə nə Allahdan gizlidir, nə də bəndədən. Provokasiyaların məqsədi də aydındır. Hər halda mütəxəssislər hadisələrin inkişafını heç də müsbətə yozmurlar.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a açıqlamasında Qarabağla bağlı planları belə şərh etdi:
“Görünən, odur ki, Rusiya problemin həllini uzadır və bununla bir neçə məqsədə nail olmaq istəyir. Birincisi, Qarabağda siyasi cəhətdən heç bir hüquqi status olmayacağını dərk edərək, gələcəkdə burada hansısa mədəni səlahiyyətlərin alt bazasını hazırlayır. Ruslar əvvəlcə ermənilərin əli ilə Qarabağda rus dilini ikinci rəsmi dil elan etdirib.
Görünür ki, Kreml gələcəkdə Qarabağda mədəni muxtariyyətə nail olmaq planlarını işə salır. Buna icazə vermək olmaz. Qarabağda mədəni də olsa, muxtariyyət Azərbaycan dövlətçiliyi baxımından qəbuledilməzdir. Azərbaycan unitar ölkədir və hər hansı muxtariyyət formasına yol vermək olmaz.
Rusiya isə, buna nail olmaqla, rus dilinin bölgədə rəsmi dil olduğunu bəhanə edərək, Azərbaycanda rus dilinə "rəsmiyyyət" qazandırmaq istəyir. Unutmaq lazım deyil ki, ölkələrin həyatında dil faktoru ən az ordu amili qədər önəmlidir, hətta bir çox məsələlərdə üstündür. Rəsmi Moskva güc ilə həyata keçirə bilmədiyi, bilməyəcəyi işğalı mədəni yolla reallaşdırmaq niyyətindədir”.
H.Səhrablının fikrincə, heç bir halda ehtiyatı əldən vermək olmaz:
“İkinci bir tərəfdən, güman ki, bəlli rusdilli qruplara, ya da birbaşa rus milli azlıqlarına gözlənilməz dəstək gələcək. Məsələn, onlar qısa zamanda varlana bilərlər. Həmin adamlar işğaldan azad edilən bölgələrə "köç" edib, orada həm yenidənqurma işlərində "pay sahibi" olacaq, həm də kütləvi yaşayacaqlar.
Rusiyanın planları da həyata keçərsə, yəni bölgədə rus dili rəsmiyyyət qazanarsa, Qarabağda artıq bir ruslaşma yaşanacaq.
Bu, müəyyən zaman sonra, rusların Qarabağı sahiblənməsi deməkdir. Yəni Krım və Abxaziya ssenarisi təkrarlana bilər. Tarixdən köçürmə və könüllü kütləvi məskunlaşma kimi proseslər, həmçinin onların nəticələri aydındır. Əlavə izaha gərək yoxdur. İndi Azərbaycan dövlətinin üzərinə ciddi iş düşür. Sadaladığım bütün məkrli planları kökündən baltalamaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi