Krımda Ramzan Kadırovun qardaşı oğlu saxlanılıb - FOTO
Yusif Nəzərli
16:24 26.12.2022
Aktual
607
Krımın işğal altında olan Simferopol şəhərində Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Hasan İbrahimov saxlanılıb.
Xerson və Zaporojye vilayətlərinə “gözətçi” təyin edilən Hasan İbrahimovla birlikdə Çeçenistandan olan dörd təhlükəsizlik işçisi də həbs olunub.
Onlar restoranda müştərilərdən birini döyməkdə şübhəli bilinirlər. “Axmat” xüsusi çevik reaksiya dəstəsinin dörd leytenantı və bir komandir müavini “Monro” klubuna dincəlməyə gəlib. Bu zaman kadırovçulardan biri oradakı müştərinin sevgilisi olan qıza qarşı nalayiq hərəkət edib. Sevgilisini qorumaq istəyən oğlan qızın müdafiəsinə qalxıb.
Kadırovçular oğlanı küçəyə sürüyərək elə oradaca döyməyə başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, klubun təhlükəsizlik işçiləri oğlanın döyülməsinə mane olmayıb və onları aralamaq üçün müdaxilə etməyiblər. Sataşdıqları qız onları ayırmağa çalışıb, lakin o da döyüşdən nəsibini alıb.
Dalaşanları yalnız yerli polis əməkdaşları sakitləşdirməyə nail olublar. Həbs zamanı hətta çeçenlərdən biri polisi təpikləyib və hüquq mühafizəçiləri spreydən istifadə etməli olublar. Müstəntiqlərlə söhbət zamanı şübhəlilər etdiklərini boyunlarına almayıblar, lakin onların bütün hərəkətləri müşahidə kameralarına əks olunub.
Mənbə: “Baza” “Telegram”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya