Həm də son günlər Rusiya ilə bağlı müəyyən neqativ və arzuolunmaz hadisələr də yaşanmaqdadır. Moskvanın cavab verməli olduğu xeyli suallar var. Lavrovun səfəri çərçivəsində bu məsələlərin müzakirəsi gözlənilir. Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli “Şərq”ə açıqlamasında Rusiya-Azərbaycan münasibətlərində sərinlik olduğunu deyib. Ekspertin fikrincə, bunun səbəbi Moskvanın tutduğu qeyri-obyektiv mövqedir:
Lavrovun qarşısına bir sıra tələblər qoyulacaq
Turan
09:02 01.05.2021
Aktual
799
Bakı-Moskva əlaqələrində müəyyən cavabsız suallar meydana çıxıb
Xəbər verdiyimiz kimi Rusiya Xarici işlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfər edəcək. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov 5-6 may tarixlərində Ermənistanın paytaxtı Yerevanda olacaq. 4 gün sonra isə Bakıya gedəcək. Ekspertlərə görə, Lavrovun Azərbaycana səfəri 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların icrasının sürətləndirilməsi məqsədi daşıyır. Vacib məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır ki, dəhlizin açılışının yubadılması isə ictimaiyyəti olduqca narahat edir.
Həm də son günlər Rusiya ilə bağlı müəyyən neqativ və arzuolunmaz hadisələr də yaşanmaqdadır. Moskvanın cavab verməli olduğu xeyli suallar var. Lavrovun səfəri çərçivəsində bu məsələlərin müzakirəsi gözlənilir. Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli “Şərq”ə açıqlamasında Rusiya-Azərbaycan münasibətlərində sərinlik olduğunu deyib. Ekspertin fikrincə, bunun səbəbi Moskvanın tutduğu qeyri-obyektiv mövqedir:
“Rusiya sülhməramlıları Qarabağda həddini aşır, qanunsuz addımlar atırlar. İndi də bizim torpağımızda parada hazırlıq görürlər. Separatçı Araik Arutyunyan Moskvaya dəvət edilir və s. Həmçinin, Azərbaycana açıq qərəzi olan Fransa ilə əlbir olaraq Minsk qrupu həmsədrlərini yenidən meydana sürməyə çalışır. Azərbaycan tərəfi Şuşada qalıqları tapılan “İsgəndər M” raketinin qalıqları ilə bağlı Kremlə dəfələrlə müraciət edib. Lakin məntiqli cavab almamışıq. Bütün bunlara görə Bakı-Moskva əlaqələrində müəyyən cavabsız suallar meydana çıxıb. Lavrovun səfəri zamanı bu məqamlara aydınlıq gətiriləcəyini düşünürəm. Digər problemli məsələlər də var. Xankəndidə yerləşdirilmiş erməni silahlılarına məxsus hərbi texnikaların bir hissəsi çıxarılsa da, canlı qüvvə hələ qalmaqdadır. Separatçılar arasında revanşist düşüncəyə qapılanlar, partizan müharibəsi xülyasına düşənlər var. Bu məsələlərin də müzakirə edilməsi ehtimalı böyükdür”.
Politoloq vurğulayıb ki, Lavrov qarşısında bir sıra tələblər qoyulacaq, gözləntilər diqqətə çatdırılacaq:
“Rusiya tərəfinin ermənilərin hay-küy saldığı “əsir” məsələsini və onları “narahat” edən mövzuları da gündəmə gətirəcəyi istisna edilmir. Görünən odur ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qarabağa, Şuşaya səfər edəcəyini açıqlaması Moskvanı əməlli-başlı silkələyib. Ərdoğanın gəlişi ilə bağlı xəbər həm erməniləri, həm də rusları panikaya sövq edib. Lavrovu Bakıya gətirəcək səbəblərdən biri də məhz budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya