Lotereya oyunları “Ani Ödəniş Sistemi”nə keçəcək
11:19 30.05.2023
Aktual
444
Ekspert bu sahədə problem olacağını düşünmür
Azərbaycanda lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi gündəmə gəlib. “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin xəbərinə görə, bu məsələ qurumun “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşündə müzakirə edilib. Görüş rəqəmsal ödənişlərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ekosistemin əhatə dairəsinin genişləndirilməsi və effektiv tarif siyasətinin tətbiqi mövzusunda keçirilib.
Görüşdə fintexlərlə əməkdaşlıq istiqamətləri, qanunsuz lotereya oyunlarına qarşı birgə mübarizənin davam etdirilməsi, lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi və Ani Ödənişlər Sistemi üzərindən yeni ödəniş əməliyyatlarının emalı müzakirə olunub. Həmçinin, Banklararası Kart Mərkəzinin fəaliyyəti üzrə mövcud Kollektiv Sazişin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar, habelə bir qrup fəaliyyət növləri üzrə effektiv interçeync xidmət haqlarının tətbiq edilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"-a açıqlamasında bildirdi ki, adıçəkilən birliyin ekspert qrupunun növbəti görüşü lotereya və idman-mərc oyunları sahəsində təkmilləşmə aparılması, sürətli xidmətin elastikliyinin artırılması məqsədi daşıyır:
- Azərbaycanda bu sektorda problem yoxdur. Bu sahədə, əslində, biz xeyli irəliləmişik. Problem 90-cı illərdə var idi. O zaman, xatırlayırsınızsa, harda gəldi, hətta binaların önündə quraşdırılan çadırlarda da mərc oyunları təşkil olunurdu, bunu təşkil edənlər öz maraq dairələrinə uyğun oyunları dövrəyə daxil edirdilər. Loto oyunları zamanı nömrələri qışqıra-qışqıra elan ediridlər və sair. Amma sonra ilk növbədə “Azərlotereya”, onun ardınca da “Topaz” müasir mərc-idman oyunları təşkil edildi. “Azərlotereya” da, “Topaz” da çoxdandır elektron formatda ödəniş layihələri həyata keçirir və getdikcə daha da genişləndirirlər. Artıq birjalarda da, istər əmtəə birjaları, istərsə də dönərli valyuta birjalarında rahat iştirak təmin edilib. İnsanlar evində rajatca əyləşdiyi yerdə platformalar üzərindən ödəniş etməklə istədiyi oyunu seçib iştirak edə bilir. Hansı oyunda hansı əmsaldır, nə qədər ödəniş nə qədər qazanc gətirir, bunlar barədə rahatlıqla məlumat əldə edirlər. Bu sahədə ciddi çatışmazlıq yoxdur. Hesab edirəm ki, keçirilən görüşlər, aparılan müzakirələr bu sahədə təkmilləşmə aparılması, sürətli xidmətin elastikliyini artırmağa yönəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm