Maddi zərərin dəyəri milyardlarla ölçülür
Turan
01:33 18.08.2021
Aktual
800
"Ermənistan hər yerdə yaşayış məskənlərini yerlə-yeksan edib"
Həm Ermənistana, həm də ortaq çalışdıqları xarici şirkətlərə təzminat davası mütləq açılmalıdır
Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı erməni vəhşiliyinə növbəti dəfə diqqət çəkib. Dövlət başçısı Ermənistan tərəfinin 30 ilə yaxın müddətdə işğalda saxladıqları torpaqlarda vandalizm həyata keçirdiklərini və buna görə cavab verəcəklərini bəyan edib. Qeyd olunub ki, hazırda dünyanın qlobal ekoloji fəlakətlə üzləşdiyi dövrdə Ermənistanın dünya ekologiyasına vurduğu zərərlər obyektiv qiymət almalıdır:
“Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi “Azərkosmos”un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə, orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərdə, kəndlərdə monitorinq aparılır, pasportlaşdırma aparılır. Bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik”. Prezident vurğulayıb ki, zaman dəyişir, amma erməni faşizmi dəyişmir və dəyişməyəcək: “Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir.
Ermənilərin çaylarımızı zəhərlədiklərini, Oxçuçayı zəhərləyənin yenə də xarici şirkət olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, o şirkətlər də cavab verməlidir: “Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlayıb. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə, Söyüdlüdə, Zəngilanda, Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər”.
Ölkə rəhbərinin gündəmə gətirdiyi məsələni “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistan işğal etdiyi bütün rayonlarımızda infrastrukturu, yaşayış məskənlərini, tarixi-dini abidələri yerlə-yeksan edib. Deputat vurğulayıb ki, ermənilərin ayağı dəymiş hər rayonda bu ağrılı mənzərəni müşahidə etmək mümkündür:
“Ermənistanın Azərbaycana vurduğu maddi zərərin dəyəri milyardlarla ölçülür. Düşmən hər şeyi məhv edib, viran qoyub. Meşələri qırıb, su hövzələrini çirkləndiriblər. Ekologiya ilə yanaşı, nəqliyyat və dəmiryol kommunikasiyalarını, elektrik stansiyalarını da sıradan çıxarıblar. Əlbəttə, dövlət başçısının vurğuladığı kimi Ermənistan Azərbaycandakı qanunsuzluqları təkbaşına etməyib. Bəzi xarici şirkətlər ekoloji istismarda yaxından iştirak ediblər. Xüsusən, Kəlbəcər, Zəngilanda və digər yerlərdə Azərbaycana məxsus yataqlarda ermənilərin əcnəbi şirkətlərlə birgə fəaliyyət göstərdiklərini bilirik. Bu barədə əlimizdə kifayət qədər məlumatlar var. Ona görə də həm Ermənistana, həm də ortaq çalışdıqları xarici şirkətlərə təzminat davası mütləq açılmalıdır. Elə şirkət var ki, uzun illər Kəlbəcərdə, Zəngilanda qızıl yataqlarını istismar edərək, xeyli vəsait qazanıblar”.
Parlament üzvü bəyan edib ki, rəsmi Bakının mövqeyi konkretdir. Azərbaycana vurulmuş ziyan-zərər mütləq ödənilməlidir: “Təəssüf doğuran məqam odur ki, Ermənistan hələ də bu siyasətini davam etdirir. Davamlı olaraq mülki vətəndaşlarımızın əleyhinə addımlar atır, təxribatlar törədir. O səbəbdən Erməni ərazilərimizi qısa müddətdə tam bərpa edəcəyik. Amma ermənilərə sərt cəza verilməlidir ki, yenidən bu cür hərəkətlərə, ekoloji terrora rəvac verməsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm