Məsələ həll edilməlidir! – ““Gəlir deklarasiyası haqqında” qanun qəbul edilsin!”


Fazil Mustafa:“İmkan yaradılmalıdır ki, qanun işləsin, gəlir deklarasiyası hamıdan tələb olunsun”

Son zamanlar “Gəlir deklarasiyası haqqında” qanunun tətbiqinə dair müzakirələr aparılır. Əsasən də qanunun gertələnmə səbəbləri ilə müəyyən suallar var. Çünki qanunun gecikdirilməsi büdcə talançılığına daha geniş yol açır.

Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Fazil Mustafa bildirib ki, qanunun qəbul edilməsi hələ 2006-ci ildə nəzərdə tutulub:

“Nazirlər Kabineti bununla bağlı müvafiq forma hazırlamalı idi. Təbii ki, bu mövzu gündəmdə hər zaman aktual olaraq qalır və məsələni həll etmək lazımdır. 

Həll olunmursa, deməli müəyyən problemlər var. Korrupsiyanın qarşısını almaq üçün mütləq “Gəlir deklarasiyası haqqında” qanunun qəbul edilməsi zəruridir. 

Ona görə də düşüncə dəyişikliyi baş verməli və imkan yaradılmalıdır ki, qanun işləsin, gəlir deklarasiyası hamıdan tələb olunsun. Təbii ki, bu  zaman korrupsiyaya qarşı mübarizə işində müəyyən irəliləyişlər ola bilər”.

Yegane Bayramova