Meşəli sakini: "Vaqif Xaçaturyanın olduğu dəstənin qəddarlığını bütün dünya bilməlidir"
Yusif Nəzərli
07:14 02.08.2023
Aktual
357
"Vaqif Xaçaturyanın olduğu dəstənin qəddarlığını bütün dünya bilməlidir".
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Xocalı rayonunun Meşəli kəndinin sakini Püstə Kazımova deyib.
O, V.Xaçaturyanın da olduğu silahlı erməni dəstəsinin Meşəlidə törətdiyi vəhşilikləri heç zaman unutmadığını bildirib: "Meşəlinin dinc sakinləri yuxuda olduğu bir vaxtda düşmən hücuma keçdi. Biz güllə səsinə oyandıq. Evdən çıxmaq üçün cəhdlər etdik, lakin buna imkan vermədilər. Məqsədləri kənd camaatını tamam qırmaq idi. Onlar 53 yaşlı əmimi amansızlıqla qətlə yetirdilər. Əgər kəndə kömək gəlməsəydi, hər kəsi öldürərdilər”.
Ermənilərin vəhşilikləri ilə daha əvvəl də üzləşdiklərini söyləyən P.Kazımova qardaşının başına gələn hadisədən də danışıb: “Qardaşım Ramil Kazımov 1990-cı ildə təcili tibbi yardım briqadasında sürücü işləyirdi. Həmin vaxt ağır xəstə olan dayım qızı dərhal cərrahiyyə əməliyyatı olunmalı idi. Qardaşım onu Xocalıya çatdırmaq üçün yolla çıxdı. O zaman da ermənilər tərəfindən avtomobil yollarına pusqular qurulurdu, maşınlar daşlanırdı, qəsdən avtomatla atəş açıb maşınlara zərər verirdilər. Qardaşım dayım qızını Xocalı xəstəxanasına yerləşdirib geri qayıdanda ermənilərin atəşinə məruz qaldı və hər iki ayağından yaralandı. Buna baxmayaraq, yaralı halda təcili tibbi yardım maşınını oradan çıxara bilmişdi. Ermənilər təcili tibbi yardım maşınını atəşə tutacaq qədər alçaqlıq edirdilər. Hətta içərisində dinc sakinlərin olduğu avtomobilin qarşısını kəsib, üzərinə benzin töküb, yandırmağa çalışmışdılar. Onlar heç vaxt düşmənçilik siyasətindən əl çəkmirdilər. Bütün bu vəhşilikləri dünya bilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm