Millət vəkili: "Füzuli şəhəri yeni mərhələyə qədəm qoyur"
Yusif Nəzərli
09:35 17.10.2021
Aktual
494
"Bu gün Müzəfər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il keçir".
"Sherg.az" xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib.
Parlament üzvü vurğulayıb ki, Füzuli rayonu Qarabağda strateji mövqeyinə görə fərqlənən bölgələrimizdəndir və 44 günlük Vətən müharibəsində Füzuli şəhərinin azad edilməsi müharibədə xüsusən strateji baxımdan vacib uğurlardan biri kimi qiymətləndirilir:
"Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub. Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Artıq ilkin sınaq uçuşları həyata keçirilib və Füzuli Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır".
V.Bayramov diqqətə çatdırıb ki, Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir:
"Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidən qurmanın daha intensiv şəkildə aparılması və eyni zamanda məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir. Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region
Şapka udan məşhur begemot Fiona öldü
14:57 21.11.2026
Hadisə
Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var
14:41 21.11.2026
Dünya
Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib
14:28 21.11.2026
Hadisə