Millət vəkili: "Prezidentin həyata keçirdiyi siyasətin bəhrəsini hər bir vətəndaş öz həyatında hiss edir"
Ayyət Əhməd
13:10 17.10.2019
Aktual
571
"2019-cu il bir sıra sosial-iqtisadi islahatlarla yadda qalmaqdadır. Prezidentin 2019-cu ildə bir sıra Sərəncam və Fərmanları, əhalinin sosial iqtisadi vəziyyəti ilə bağlı atılan addımlar vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına hesablanıb".
Bu fikirləri Sherg.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
O, qeyd edib ki, bu ilin senytabr ayının 1-dən büdcədən maliyələşən təşkilatlarda çalışan işçilərin orta aylıq əmək haqqının 20-50 faiz artırılması, oktyabr ayının 1-dən isə minimum pensiyanın 200 manata çatdırılmasına dair müvafiq sənədlərin imzalanması əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına göstərilən diqqətin bariz nümunəsidir:
"Prezident İlham Əliyevin təşəbbüsü ilə orta aylıq əmək haqqının minimum məbləğinin bu il ərzində 130 manatdan 250 manata, minimum pensiyanın isə 200 manata çatdırılması yüz minlərlə əhalinin rifah halının yaxşılaşmasına təsir edən amildir. Təsadüfi deyil ki, Prezident bu haqda son müşavirədə məlumat verdi. Müşavirədə səsləndirilən rəqəmlər, iqtisadiyyatımızın sürətlə inkişaf etdiyinin bariz göstəricisidir. Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında, yaşadığı cəmiyyətdə görür, hiss edir. Bu isə bir dah təsdiq edir ki, Azərbaycan düzgün və işıqlı yoldadır. Məhz bu baxımdan Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir, Ona inanır və etibar edir. Bu belədir və təbii ki, bundan sonrada belə davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya