Milli Məclis təkzib etdi: "O xanım bizdə işləmir"

Bugün bir sıra xəbər saytlarında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Sevil Zülfüqarovanın Milli Məclisdə işə başlaması ilə bağlı informasiya yayılıb. Xəbəri dəqiqləşdirmək üçün Milli Məclislə əlaqə saxladıq. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qayıbov "Sherg.az"ə açıqlamasında yayılan xəbəri təkzib etdi: 

"Milli Məclisdə Sevil Zülfüqarov adlı şəxs çalışmır. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir". 

Qeyd edək ki, S.Zülfüqarova 2020-ci ildə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə MEK-in direktoru vəzifəsindən azad olunub.