Natiq Cəfərli : Son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə azalıb
12:01 12.12.2021
Aktual
1046
"Bunun əsas səbəbi Türkiyəyə xəyanət, “böyük Ermənistan” nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub"
“Ermənistan əhalisi son 30 ildə 13 faizə yaxın azalıb”.
“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli məlumat verib.
Ekspert deyib ki, Ermənistanda rəsmi rəqəmlərə görə 2 milyon 900 min insan yaşayır, amma real rəqəmlər, təqribən, 2,2 milyon nəfər civarındadır:
“Bugün Türkiyədə 100 min, Gürcüstanda 300 minə yaxın, Azərbaycanda (Xankəndi və ətrafı) 40-50 minə yaxın, Ermənistanda isə 2,2 milyon nəfər, ümumilikdə isə 2 milyon 650 min civarında erməni əsilli vətəndaşlar yaşayır. Son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə azalıb. Bunun əsas səbəbi Türkiyəyə xəyanət, “böyük Ermənistan” nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub. Erməni əhalisinin “baş bilənləri”, xarici kəşfiyyata qulluq edən xadimləri, Rusiya agentləri son 150 ildə saylarının 2 dəfə azalmasına səbəb olublar. Onlar yaşadıqları yerlərdə xəyanət etməsəydilər, Rusiyaya güvənib arxadan qapı qonşularını vurmasaydılar, bu gün coğrafiyamızda erməni əsilli vətəndaşların sayı 10 milyondan çox olardı. Ermənistan siyasətçiləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, son 150 ildə onların itirdikləri qazandıqlarından qat-qat çox olub. Tək qazancları dünyaya səpilmiş diasporalarıdır ki, onların da təsiri getdikcə zəifləyir. Daxili çəkişmələri, diaspora ilə Ermənistan hökuməti arasında fikir ayrılıqları getdikcə artır. İtirdikləri isə göz qabağındadır”.
N.Cəfərliyə görə, əgər yaşadıqları yerlərdə Rusiyanın təkidi ilə vətəndaşları olduğu ölkələri arxadan vurmasaydılar, bu gün Türkiyədə, azı 4-5 milyon erməni yaşayacaqdı:
“Onların öz siyasi partiyaları, məmurları, millət vəkilləri olacaqdı. Azərbaycanda isə azı 500 min erməni yaşayacaqdı. Hətta ölkəmizin daha demokratik olmasına səbəb olacaqdılar. Olmadı, anlamadılar, rusun buyruq qulu olub öz millətlərinə ziyan etdilər. Heç olmasa indi ayılsınlar, hələ də gec deyil. Qonşularla sülh, əmin-əmanlıq, dostluq şəraitində yaşamağı seçsinlər ki, həm ölkələri inkişaf etsin, həm də demoqrafiq vəziyyətləri faciəvi “əyridən” geri dönə bilsin. Belə davam etsə, 50 ildən sonra coğrafiyamızda yaşayan ermənilərin sayı 1,5 milyon nəfərə qədər enəcək. Seçim onlarındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial